MİKELANCELONUN İMZASI TAPILMIŞDIR
Qoca dindarlardan biri keşişə etiraf etmişdir ki, hələ uşaq ikən ibadət vaxtı mehrabın arxasındakı freskanın üzərində imza olduğunu görmüşdür. Mehrabın bir hissəsi olan daş lövhə kənara çəkildikdən sonra imza aşkar edilmişdir.
Uzun illərdir ki, Marçyalla şəhərinin sakinləri arasında kilsədə Mikelancelonun çəkdiyi freskanın olması barədə əfsanələr gəzirdi. Yerli sakinlərin fikrincə, Mikelanceloya himayədarlıq etmiş Mediçilər ailəsi 1494-cü ildə var-yoxdan məhrum olarkən rəssam məhz burada gizlənibmiş.
XVII-XVIII əsrlərdə bəzi alimlər Müqəddəs Məryəm kilsəsində məşhur rəssamın fırçasına məxsus freska olduğunu demişdilər. Lakin indiyədək bu faktı təsdiq və ya inkar etmək üçün ekspertizalar aparılmamışdı.
Freskanın öyrənilməsini tələb edən assosiasiyalardan birinin başçısı Elza Masi bildirmişdir ki, mehrabın arxasında aşkar olunmuş M,B və F hərfləri Mikelancelonun Florensiyadakı Müqəddəs ruh kilsəsində tapılmış imzasının eynidir. M və B onun ad və soyadına, F isə latınca fecit (etdim) sözünə uyğun gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]