MİLLİ AZLIQLAR MÖVZUSUNDA SEMİNAR
Şərqi Qazaxıstanın mərkəzi Ust-Kamenoqorsk şəhərində “Qazaxıstan xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması prinsipləri, etnik qrupların problemləri” mövzusunda seminar keçirilmişdir. Seminarda ölkədə fəaliyyət göstərən ictimai, mədəni cəmiyyət və mərkəzlərin başçıları, Qazaxıstan prezidenti aparatının yüksək səviyyəli nümayəndələri, həmçinin Mədəniyyət və İnformasiya nazirliyinin rəhbərləri iştirak etmişlər. Tədbirdə ölkədə yaşayan 130-dan artıq xalq və millətin problemləri ilə bağlı məsələlər geniş müzakirə olunmuş, bu problemlərdən çıxış yolları müəyyənləşdirilmişdir.
“Turan” konqresinin sədri Müseyib Novruzov öz çıxışında Azərbaycanla Qazaxıstan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin get-gedə daha da gücləndiyini qeyd etmiş, ötən ilin sonlarında Moskvada Azərbaycan Prezidenti Heydər Əliyevlə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin imzaladıqları “Xəzər dənizinin dibinin bölünməsi haqqında” sazişi misal çəkmişdir. M.Novruzov demişdir: - Xəzərin sektorlara bölünməsi məsələsində Azərbaycanla Qazaxıstan eyni mövqedən çıxış edirlər. Bundan başqa Qazaxıstan “Bakı-Tbilisi-Ceyhan” neft kəmərini dəstəkləyir. Məncə bu, çox şey deməkdir.
Sonra M.Novruzov Qazaxıstanda milli azlıqlara yaradılmış şəraitdən danışmış, problemlərin həlli yolları ilə bağlı təkliflərini bildirmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Ust-Kamenoqorsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
- 14.11.2026 [05:45]
ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]