Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli birliyimiz nicatımızdır

Milli birliyimiz nicatımızdır

Bakı, 28 dekabr, AZƏRTAC

Milli birlik, həmrəylik hər bir xalqın arzu və istəklərini ən yüksək səviyyədə toparlayaraq gerçəkləşdirir, onun güc və qüdrətini daha da artırır. Tarixin bütün dövrlərində bu mənəvi qüvvənin qarşısında heç bir basqı və təhdid dayana bilməyib. Ölkələr, xalqlar birlik və həmrəyliklə ən çətin maneələri aşıblar, milli varlıqlarını təsdiq ediblər. Parçalanma, daxili qarşıdurma, kortəbiilik isə cəmiyyətlərə uğursuzluq, milli faciələr yaşadıb.

Bu fikirlər Milli Məclisin deputatı Rəşad Mahmudovun “Milli birliyimiz nicatımızdır” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ötən əsrin sonlarında imperiyadan qoparaq dövlət müstəqilliyini elan etmiş Azərbaycan məhəlli maraqlar, xaos və qarşıdurmalar zəminində bir çox faciələr yaşadı. Qətliamlar, ərazi itkisi, məcburi köçkünlük lidersiz, pərən-pərən düşmüş xalqımızın utancverici qisməti oldu. Bütün bunlarla yanaşı, ölkə vətəndaş müharibəsinin bir addımlığında tarixinin ən mürəkkəb dövrünə qədəm qoymuşdu. Azərbaycan yıxılırdı! Bu taleyüklü məqamda Tanrının millətimizə misilsiz ərməğanı olan Ümummilli Lider Heydər Əliyev xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə gəlməklə təkcə müstəqil Azərbaycanı xilas etmədi, həm də xalqımızı milli birliyə, mənəvi-siyasi həmrəyliyə qovuşdurdu. Ulu Öndərin taleyin ümidinə buraxılmış Naxçıvana rəhbərliyi zamanı - 1991-ci il dekabrın 16-da muxtar respublika Ali Məclisinin iclasında onun təşəbbüsü və iradəsi ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü barədə qərar qəbul edildi. Bu tarixi qərarla milli birliyimizin fundamental əsasları yaradıldı.

Beləliklə, Ümummilli Lider Heydər Əliyev təkcə xilaskar, qurucu lider deyil, həm də birləşdirici sima kimi həmrəyliyimizin baş ideoloqu olmuşdu. Xalq, vətəndaş həmrəyliyinə nail olan Ulu Öndər xaricdə yaşayan azərbaycanlıların mənəvi birliyinə çalışmış, onların vahid ideya ətrafında birləşmələrinə geniş yol açmışdı.

Böyük strateq dünya azərbaycanlılarının təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlamaqla onların azərbaycançılıq ideologiyası əsasında həmrəyliyini təmin etdi.

Prezident Heydər Əliyev xarici ölkələrə səfəri zamanı orada yaşayan soydaşlarımızın qayğıları ilə maraqlanır, onların daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Sonrakı illərdə bu məfkurəvi ənənəni Prezident İlham Əliyev uğurla davam etdirdi. Diaspor siyasəti məqsədə uyğun, çevik və müasir tələblərə cavab verən istiqamətdə aparıldı. Xaricdə yaşayan azərbaycanlılar Vətənlə bağlı proseslərə fəal qoşuldular, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına önəmli dəstək verdilər.

Prezident İlham Əliyevin liderliyi ilə bütün sahələrdə əldə olunmuş uğurlar diaspor fəaliyyətində də özünü aydın göstərməyə başladı. Bu uğurlu siyasət onunla nəticələndi ki, xaricdə yaşayan azərbaycanlılar, diaspor hərəkatı yeni mərhələyə yüksəldi. Bunun ardınca vahid gücə çevrilən diaspor təşkilatlarımız Azərbaycan uğrunda fəal mübarizəyə başlayaraq əməli işlərini fəaliyyətləri ilə nümayiş etdirdilər.

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın fəallığı, haqlı mübarizəmizin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Prezident İlham Əliyevin qeyd etdiyi kimi qələbəmizə layiqli töhfə oldu. Bununla yanaşı, milli birliyimizin rəmzinə çevrilmiş “Dəmir yumruq” dünyaya bir daha onu sübut etdi ki, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün milli maraqlar öndədir, heç bir qüvvə, kənar müdaxilələr xalq-lider birliyinə xələl gətirə bilməz. Sarsılmaz olan bu birliyin mayası halallıqdan, sevgidən yoğurulub.

Xalq-lider vəhdəti, Ali Baş Komandan qətiyyəti Azərbaycana heç vaxt unudulmayacaq zəfər gətirdi. Prezident İlham Əliyev əbəs yerə biz birlikdə güclüyük demirdi. Təkcə koronovirus pandemiyasında deyil, Vətən müharibəsində belə, birlikdə savaşdan ləyaqətli şəkildə qalib ayrıldıq. Həmrəyliyimizin tam bərqərar olunması üçün 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayı illər sonra Şuşada Zəfər Qurultayı kimi coşqu ilə davam etdi. Qalib xalqın qalib lideri Şuşada - mədəniyyət paytaxtımızda Qarabağ zəfərinin sevincini bu dəfə Ulu Öndərin gərgin zəhməti ilə təşkilatlanmış diaspor nümayəndələrimizlə yaşadı. Şübhəsiz ki, bu tarixi hadisə xalq olaraq birliyimizin bizə yaşatdığı unudulmaz qələbənin xoşbəxtliyi oldu. Biz yalnız birlikdə güclüyük, birlikdə qüdrətliyik. Biz həmrəy olanda heç bir qüvvə bizə üstün gələ bilməz. Zaman-zaman bölündük, parçalandıq, bir ola bilməməyimiz bizə faciələr yaşatdı. Mərhum şairimiz Söhrab Tahir “İki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha” deməklə necə də haqlı imiş. Çünki birliyimiz nicatımızdır. Bu gün dünyanın dörd bir yerində yaşayan soydaşlarımız ana yurdu, ata ocağı olan müstəqil Azərbaycanla öyünməyə tam haqlıdırlar. Qüdrətli liderimiz, qalib xalqımız və ərazi bütövlüyü tam təmin olunmuş xoşbəxt ölkəmiz hamımızı qürurlandırır. Biz birləşəndə, həmfikir olanda daha böyük, məğlubedilməz oluruq, böyüklük qismətimiz, qalibiyyət isə Prezident İlham Əliyevlə xalqımızın alın yazısıdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır VİDEO

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir