MƏDƏNİYYƏT
Milli Dram Teatrının səhnəsində “Kölgə”
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Yevgeni Şvartsın “Kölgə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tamaşada rolları Xalq artistləri Laləzər Mustafayeva, Rafiq Əzimov, Əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Şəlalə Şahvələdqızı, Ayşad Məmmədov, Məsmə Aslanqızı, Kazım Abdullayev, aktyorlar Anar Heybətov, Rəşad Bəxtiyarov, Ramin Şixəliyev və başqaları ifa edəcəklər.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
Qeyd edək ki, tamaşanın süjeti gənc alim Xristian Teodorun kiçik cənub ölkəsinə gəlişi ilə başlayır. Bu ölkə yalan, qəzəb, riyakarlıq, eqoizmlə doludur və bütün bunlar demək olar ki, bu yerin hər bir sakinində özünü göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]