Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Milli Məclisin komitə sədri Tahir Mirkişili bildirib ki, dinləmədə Azərbaycanda aqrar sahə üzrə görülən işlər, qarşıda duran çağırışlar və inkişaf hədəflərinə dair təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.

Kənd təsərrüfatı sahəsinin Azərbaycan iqtisadiyyatında, ixracatında tutduğu mövqeyindən söz açan Tahir Mirkişili iqtisadi məşğul əhalinin əhəmiyyətli hissəsinin bu sektorda çalışdığını, qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının ilk beşlikdə yer aldığını vurğulayıb. Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların öz bəhrələrini verməkdə olduğuna toxunan komitə sədri 2022-ci ilin Dövlət Büdcəsində bu istiqamətdə, o cümlədən aqrar sığortaya ayrılan vəsaitləri qeyd edib. Komitə sədri bildirib ki, bununla belə qarşıda duran çağırışlar – dünyada ərzaq məhsulları üzrə müşahidə olunan çatışmazlıq, bu cəhətdən qiymətlərin artması, iqlim dəyişikliyi ilə bağlı ortaya çıxan çətinliklər bu sahəyə yeni yanaşmaların tətbiqini və diqqətin artırılmasını zəruri edir. Tahir Mirkişili təşkil olunan dinləmənin də bu istiqamətdə görülən işlərin və perspektivin dəyərləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də dinləmənin aqrar sahənin inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsi baxımından faydalı olacağına inamını ifadə edib. Kənd təsərrüfatı sahəsində dövlətin diqqət və qayğısını, sahibkarların və fermerlərin fədakarlığını qeyd edən Tahir Rzayev bu sahənin çətinliklərindən, xüsusən də onun təbii amillərdən asılı olmasından danışıb. Aqrar sahənin inkişafına ayrılan dövlət vəsaitlərindən söz açan komitə sədri kənd təsərrüfatının mövcud vəziyyəti, əldə olunan nailiyyətlərdən bəhs edib. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasının yerli istehsalın üzərində qurulduğu qeyd edən Tahir Rzayev aqrar sahənin inkişafı və aktual məsələləri ilə bağlı fikirlərini bildirib.

Sonra Kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edib. Nazir Prezident İlham Əliyevin respublikanın prioritet inkişaf sahələrindən biri elan etdiyi aqrar sektorda əldə olunan uğurlu göstəriciləri diqqətə çatdırıb. Son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini deyən nazir kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. Keçən il taxılçılıq, pambıqçılıq və digər önəmli sahələrdə məhsuldarlığa diqqət çəkən nazir ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracı, bir çox məhsullar üzrə özünütəminetmədə müsbət dinamikanı göstərən rəqəmləri səsləndirib. O, ərzaq təhlükəsizliyinin təmini sahəsində Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışıb. Aqrar sahədə tətbiq olunan yeniliklərdən, institusional islahatlardan bəhs edən nazir Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.

Aqrar sahədə müasir dövrün çağırışlarına uyğun dayanıqlı inkişaf mexanizmləri formalaşdırmağın, iqlim dəyişikliklərinə adaptasiya strategiyasını tətbiq etməyin əsas vəzifələrdən olduğunu qeyd edən nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.

Sonra dinləmədə təqdimatlar həyata keçirilib.

Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyevin aqrar sahədə islahatlar və həyata keçirilmiş tədbirlər barədə təqdimatında kənd təsərrüfatı sektorunda subsidiyaların verilməsinin yeni mütərəqqi mexanizmləri, bu sahədə şəffaflığın daha da artırılması, kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi, yaradılan yeni qurumların effektivliyi barədə deputatlara məlumat verilib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin təqdimatlarında isə respublikanın “Ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri” və “Azərbaycanın buğda ilə özünütəminetməsi: mövcud vəziyyət, problemlər, perspektivə baxış” mövzuları təhlil edilib.

Dinləmədə müzakirə olunan mövzularla bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Eldar İbrahimov, Cavanşir Paşazadə, Elnur Allahverdiyev, Azər Badamov, Mahir Abbaszadə, Emin Hacıyev, Rüfət Quliyev, Müşfiq Cəfərov, Vüqar Bayramov, İqbal Məmmədov, Aydın Hüseynov, Məzahir Əfəndiyev çıxış ediblər. Deputatlar kənd təsərrüfatının aktual məsələləri ilə bağlı suallarını səsləndiriblər, bölgələrdə məşğulluq səviyyəsinin yüksəldilməsinin təmini, ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə dair fikirlərini açıqlayıblar.

Diskussiya şəraitində keçən dinləmədə qaldırılan məsələlərə aydınlıq gətirilib, suallar cavablandırılıb.

Tədbirə yekun vuran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dinləmələrdə fəal iştirak etdiklərinə görə qonaqlara və deputatlara təşəkkür edib və aparılan fikir mübadiləsinin aqrar sahənin inkişafı baxımından faydalı olacağına inamını bildirib.

Dinləmədə Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputatlar Novruzəli Aslanov, Məşhur Məmmədov, Anar Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir