MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Səfiri səmimiyyətlə salamlayan Milli Məclisin sədri son illər Yaponiya ilə Azərbaycan arasında iqtisadi, mədəni, habelə parlamentlərarası əlaqələrin geniş vüsət aldığını bildirmişdir. Yaponiyanın Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişindəki fəaliyyətindən söz açan parlamentin sədri iqtisadi əlaqələrin xüsusilə inkişaf etdiyini vurğulamış, ölkələrimiz arasında əmtəə dövriyyəsinin hazırda 121 milyon ABŞ dolları həcmində olduğunu qeyd etmişdir.
Söhbət əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Ələsgərov, səfirə Yaponiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkürünü bildirmişdir.
Səfir Toşiyuki Fucivara ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivlərindən danışmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən söz açan səfir, Yaponiyanın Azərbaycanın haqq işini həmişə müdafiə etdiyini bildirmiş, qaçqınların və məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıtmalarını arzulamışdır.
Görüşdə səfir Toşiyuki Fucivara Milli Məclisin sədri Murtuz Ələsgərovu Yaponiyaya dəvət edərək bildirmişdir ki, bu il avqust ayının sonunda Yaponiya Parlamenti Nümayəndələr Palatasının bir qrup üzvü Azərbaycana səfər edəcəkdir.