Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Oktyabrın 8-də Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Milli Məclisə gəlmişdir. Ali qonağı parlamentin binası qarşısında Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, sədrin müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşıladılar.

Bolqarıstan Prezidenti və nümayəndə heyətinin üzvləri Milli Məclisin muzeyi ilə tanış oldular.

Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov və Bolqarıstan Prezidenti Georgi Pırvanov arasında görüş keçirildi.

Milli Məclisin sədri Murtuz Ələsgərov görüşü açaraq, Bolqarıstan Prezidentini Azərbaycanın ali qanunverici orqanında səmimiyyətlə salamladı. O xatırlatdı ki, bu yaxınlarda respublikamızın parlament nümayəndə heyəti Bolqarıstanda olmuş, Bolqarıstan dövlətinin başçısı ilə görüşmüş, iki ölkə arasında qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf perspektivlərini müzakirə etmişdir. Milli Məclisin sədri dedi: “Səfər zamanı deputatlarımız Bolqarıstan parlamentinin sədri, parlamentin və Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvləri ilə də görüşmüş, qanunverici orqanların əməkdaşlığına dair bir sıra məsələləri müzakirə etmişlər”.

M.Ələsgərov qarşılıqlı münasibətlərimizin böyük tarixi olduğunu xatırlatdı, hələ sovet dövründə Bolqarıstan ilə Azərbaycan arasında çox yaxşı, mehriban əlaqələr yarandığını bildirdi. O vurğuladı ki, indi ticarət-iqtisadi, elmi-texniki əlaqələr ənənəsini bərpa etmək lazımdır.

Milli Məclisin sədri dedi ki, dövlətlərimiz arasında hazırkı qarşılıqlı münasibətlərin əsası Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Prezident Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1995-ci ildə ümummilli liderimizin Bolqarıstana rəsmi səfəri zamanı dostluq münasibətlərimizin təməli qoyulmuş, mühüm sənədlər imzalanmışdır. Ticarət-iqtisadi komissiya, elmi-texniki komissiya yaradılmışdır. Onların fəaliyyəti nəticəsində ticarət-iqtisadi münasibətlərimizin daha da inkişafına və dərinləşməsinə dair onlarca yeni saziş imzalanmışdır.

Murtuz Ələsgərov ölkələrimizin prezidentlərinin imzaladıqları və siyasi dialoqu, iqtisadi və mədəni əlaqələri bundan sonra da inkişaf etdirmək vəzifəsini qarşıya qoyan Birgə bəyannaməni yüksək qiymətləndirdi. O, həmçinin ümidvar olduğunu bildirdi ki, parlament üzvlərinin növbəti görüşü Azərbaycan torpağında keçiriləcəkdir.

Parlamentin sədri iki ölkə ali məktəblərinin hələ SSRİ dövründə mövcud olmuş əməkdaşlıq ənənələrini bərpa etməyin vacibliyindən danışdı, Bolqarıstan Prezidentini Bakı Slavyan Universitetinin fəxri doktoru adı alması münasibətilə təbrik etdi.

Murtuz Ələsgərov Bolqarıstan dövlətinin başçısına Azərbaycanda aparılan islahatlar barədə də məlumat verdi. O dedi ki, qısa müddət ərzində amnistiya, əfv haqqında onlarca sənəd qəbul olunmuşdur, demokratiyanın inkişaf etdirilməsi, insanın və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi sahəsində böyük işlər görülür. Azərbaycan Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların bir çox konvensiya və sazişlərinə qoşulmuşdur.

Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirdi ki, ölkəmiz bu problemin dincliklə nizama salınmasına tərəfdardır. O dedi: “Siz bəyan etdiniz ki, ATƏT-in əvvəlki sədrlərindən fərqli olaraq, Bolqarıstan Dağlıq Qarabağ probleminin nizama salınması işində öz rolunu gücləndirəcəkdir. Bu problem xalqımız qarşısında çox kəskin şəkildə durur, çünki ərazilərimizin 20 faizi işğal edilmişdir, 1 milyondan çox qaçqın-köçkün var. Heç bir ölkədə 8 milyon əhalinin 1 milyonu qaçqın-köçkün deyildir. Ona görə də böyük dövlətlər, beynəlxalq təşkilatlar bu problemin tezliklə həllinə ciddi diqqət yetirməlidirlər. Azərbaycan bu məsələdə perspektivi aydın təsəvvür edir. Biz hesab edirik ki, bu problem Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı nəzərə alınmaqla, yəni hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Başqa yol yoxdur. Prezidentimiz demişdir ki, ölkənin ərazi bütövlüyü məsələsində heç bir kompromis ola bilməz, lakin biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik və problemin bütün xüsusiyyətlərini ATƏT-in sədri olaraq sizinlə də, Ermənistan tərəfi ilə də, digər əlaqədar dövlətlərlə də müzakirə etməyə hazırıq.

Parlamentin rəhbəri ümidvar olduğunu söylədi ki, ATƏT-də sədrlik edən ölkə kimi Bolqarıstan bu problemin yaxın vaxtlarda həlli üçün maksimum səy göstərəcəkdir.

Bolqarıstan Prezidenti Georgi Pırvanov Milli Məclisdə görüşdən məmnun qaldığını bildirdi. O qeyd etdi ki, son vaxtlar həyata keçirilən əlaqələrimizi nəzərə alaraq, biz cəsarətlə belə bir nəticə çıxara bilərik ki, bütün istiqamətlərdə ikitərəfli münasibətlərin fəallaşdığı göz qabağındadır. Dövlət başçıları arasında fəal danışıqlar prosesi ilə yanaşı, icra hakimiyyəti səviyyəsində, o cümlədən hökumətlərarası komissiya çərçivəsində də ikitərəfli əlaqələr var.

Bolqarıstan dövlətinin başçısı vurğuladı ki, münasibətlərin inkişafında hər iki ölkənin parlamentləri də fəal rol oynayırlar. Georgi Pırvanov Milli Məclis üzvlərinin Bolqarıstana bu yaxınlarda səfərini xatırladı və onun geniş əks-səda doğurduğunu qeyd edərək dedi ki, parlamentin roluna bir neçə istiqamətdə baxmaq lazımdır. Təbii ki, ilk növbədə, parlamentlərin sədrləri özlərinin fəallığı və qarşılıqlı əlaqələri ilə nümunə göstərməlidirlər. Bununla yanaşı, parlamentlər çərçivəsində işləyən dostluq qrupları da mühüm rol oynamalıdır. Fəaliyyətin xüsusiyyətlərini nəzərə alaraq, parlament komissiyaları səviyyəsində də daha geniş qarşılıqlı fəaliyyət göstərmək lazımdır.

Bolqarıstan Prezidenti xatırlatdı ki, 1995-ci ildən bəri parlamentlərimiz fəal işləyir, müqavilə-hüquqi baza yaxşılaşır və təkmilləşir. Bu isə sənədlərin ratifikasiyasında parlamentlərin rolu nəzərə alınmaqla çox mühümdür.

Onun sözlərinə görə, daha bir çox mühüm cəhət Avratlantik inteqrasiyasına aid strateji məqsədlərimizlə bağlıdır. Bolqarıstan öz müqavilə-hüquqi bazasını, qanunlarını Avropa Birliyinin tələblərinə uyğunlaşdıranadək uzun bir yol keçmişdir. Qonşuluq siyasəti barəsində elan edilmiş yeni Avropa proqramı bu yolla gedən ölkələrimizin – Azərbaycanın da, Bolqarıstanın da aydın və dəqiq perspektivə malik olduğunu göstərir. Odur ki, Prezident də, parlament də bu proqramın tezliklə və uğurla həyata keçirilməsinə kömək edə bilərlər. Bundan əlavə, qanunvericilik normalarını Avropa Birliyinin tələblərinə uyğunlaşdırmaq sahəsində Bolqarıstan parlamentinin topladığı zəngin təcrübə Azərbaycan parlamentinə faydalı ola bilər.

Prezident Georgi Pırvanov Dağlıq Qarabağ problemindən danışaraq vurğuladı ki, Bolqarıstan ATƏT-də sədrliyə başlayan kimi bu məsələdə fəal mövqe tutmuşdur. Xarici işlər naziri də, ATƏT sədrinin göndərdiyi nümayəndə heyəti də sülhyaratma prosesini gücləndirməyə, habelə bu ideyanın təcəssüm tapmasına uyğun olan formatları dəqiqləşdirməyə dair danışıqlar aparmışlar. Bolqarıstan Prezidenti dedi: “Münaqişənin dincliklə nizama salınması barədə konkret təkliflər irəli sürən Minsk qrupunun fəaliyyətini gücləndirmək bizim üçün çox vacibdir. Dünən biz cənab Prezident İlham Əliyevlə danışıqlarımız zamanı dedik ki, Avropa Birliyinin bu münaqişənin həlli prosesinə daha yaxından cəlb olunması üçün bütün zəruri işləri görmək lazımdır. Odur ki, Avropa Birliyinin gələcək üzvü kimi Bolqarıstan buna kömək edəcəkdir”.

X X X

Görüşdən sonra Bolqarıstan Prezidenti parlament rəhbərliyi ilə xatirə şəkli çəkdirdi, Milli Məclisin iclas salonuna baxdı, Heydər Əliyevin abidəsini ziyarət etdi, ümummilli liderimizin nurlu xatirəsini bir dəqiqəlik sükutla andı, abidənin qarşısında şəkil çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərzurumda Zəfər Günü münasibətilə konsert təşkil olunub

Tərtərdə Zəfər Günü münasibətilə konsert təşkil olunub

Zəfər Günü Eskişehirdə xüsusi proqramla qeyd edilib

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub

İşə yeni qəbul olunan vəkil köməkçilərinə tövsiyələr verilib

Zəfər quruculuq və Böyük Qayıdışla yaşadılır - ŞƏRH

Müharibə veteranı: Azərbaycan xalqının birliyi və Ordumuzun gücü tarixi Zəfərimizi təmin etdi

Ağdaşda “Heyva festivalı”na start verilib

Fransa Polineziyası Assambleyası təbii sərvətlər üzərində suverenliyi nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib

Bayraq sevgisindən şəhidlik zirvəsinə: Aşur Cəmiyevin ömür yolu

8 Noyabr - əbədi qürur və şərəf günümüz: Vətən müharibəsi iştirakçısının təəssüratı

Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Bayramlarla əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Rostropoviçlərin ev-muzeyində anım tədbiri - “Dostluğun və musiqinin harmoniyası”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Günü münasibətilə konsert proqramı təqdim edib

Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

Zəfərdən elmi tərəqqiyə: azad edilmiş ərazilərin bərpasında elmi yanaşmaların rolu

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi

Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Zəfər salnaməsinin canlı şahidi: Kamran Şəfiyevin döyüş yolu və Vətən sevgisi

Zəfər Günü xalqımızın mübarizə əzminin, birliyinin və qəhrəmanlığının canlı təcəssümüdür ŞƏRH

Böyük Zəfər güclü dövlətin, qüdrətli Ordunun, xalq-iqtidar birliyinin nəticəsi idi ŞƏRH

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bir şəhidin son məktubu, bir millətin Zəfər dastanı

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Sabah" legioner basketbolçu ilə vidalaşıb

® “Faiqoğlu” 150 ədəd elektrik avtobusun satınalınması üçün tender elan edib

Premyer Liqa: “Şəfa" bu gün Sumqayıtda "Araz-Naxçıvan"la üz-üzə gələcək

DSX-də Zəfərin 6-cı ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

Kolumbiya mediasında Azərbaycanın Zəfər Günü və postmüharibə quruculuğu geniş işıqlandırılıb

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

AZƏRTAC ilə “QAZCONTENT” xəbər mübadiləsi sahəsində əməkdaşlığa başlayır

RİNN-də Zəfər Günü qeyd olunub, könüllü qanvermə aksiyası təşkil edilib

Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü” adlı virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Vətən müharibəsi iştirakçısı: Zəfərə gedən yolla bağlı xatirələr ömrüm boyu yaddaşımdan silinməyəcək

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

® ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi təşkil edilib

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

“Yeməyə dəyər”də bu dəfə yeməklər göbələkdən hazırlandı VİDEO

“Yeməyə dəyər”də bu dəfə yeməklər göbələkdən hazırlandı VİDEO

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhərində qeyd olunub VİDEO

8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhərində qeyd olunub VİDEO

Zəfərin ən böyük mənəvi nəticələrindən biri milli birliyin möhkəmlənməsidir - ŞƏRH

XRİTDX-nin şəxsi heyəti Zəfər Gününü qeyd edib

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin vaxtı açıqlanıb

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib

BDYPİ: Sürmə vərdişi olmadan velosiped idarə edən 62 yaşlı şəxs yol qəzasında həyatını itirdi

Vətən müharibəsinin xronikası: 7 noyabr

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO

Keçmiş hərbçi: Düşmən qarşısında məğlub əsgər kimi dayanmaq qürurumuza toxunurdu, bu gün isə Zəfəri yaşayırıq VİDEO

Moskvada Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib VİDEO

Moskvada Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib VİDEO

Əqli Mülkiyyət Agentliyində Zəfər Günü qeyd edilib

Media əlaqələrinin gücləndirilməsi Azərbaycanla Çin arasında daha yaxşı qarşılıqlı anlaşmaya töhfə verəcək

Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib VİDEO

Kişineuda Zəfərimizin altıncı ildönümü qeyd edilib VİDEO

Bəhreynin ingilisdilli qəzetində Zəfər Gününə həsr olunmuş məqalə dərc edilib

Pekində 7-ci Dünya Media Sammiti keçirilir VİDEO

Pekində 7-ci Dünya Media Sammiti keçirilir VİDEO

Bəhreyndə Zəfər Günü qeyd olunub

Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub VİDEO

Mərakeşdə Azərbaycanın Zəfər Günü münasibətilə bayram konserti təşkil edilib

Reza Deqati: Qarabağ müharibəsində itkin düşənlərə həsr olunan kitabım noyabrın sonunadək nəşr ediləcək – Eksklüziv

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb VİDEO

Zəfər Günü ilə əlaqədar Müşfiqabadda Eldar şamı və zeytun ağacları əkilib

Hüquq və ədalət mühakiməsində süni intellekt: proaktiv idarəetmə və alqoritmik risklər

Heydər Əliyev Beynəlxalq Aeroportunda şəhid övladları üçün Zəfər Günü tədbiri təşkil olunub

Misirdə Azərbaycanın Zəfər Günü qeyd edilib

Şahin İsmayılov: Bu gün Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə qalib ölkənin nümayəndələri kimi iştirak etmək imkanı qazanıblar

İndira Hacıyeva: Zəfər tarixinin gələcək nəsillərə ötürülməsi mühüm məsuliyyətdir

Zəfərin fəlsəfəsi və gənclərin məsuliyyəti - Bakıda forum

Müqəddəsliyin uca zirvəsi

Vətən müharibəsinin naxçıvanlı qəhrəmanı: şəhid mayor Sadiq Həsənovun döyüş yolu VİDEO

Vətən müharibəsinin naxçıvanlı qəhrəmanı: şəhid mayor Sadiq Həsənovun döyüş yolu VİDEO

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib VİDEO

Zaqatalada arıçılar bal yarmarkasına hazırlaşırlar

Dominikanda Zəfər Günü münasibətilə konsert təşkil edilib

Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib

Xətai rayonunda Zəfər konserti keçiriləcək

Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək

Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər

Trampı öldürməklə hədələyən qanunsuz immiqrant Ağ Evin yaxınlığında saxlanılıb

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar VİDEO

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər turnirinə hazırlaşırlar VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib VİDEO

NYT: Yeni aparat rəhbəri Trampı İranla müharibəni dayandırmağa çağırıb

“Politico”: ABŞ-nin NATO müttəfiqləri Avropanın təhlükəsizlik planlarından xəbərsiz olublar

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb

Almaniyada 400 minədək metallurgiya və elektrotexnika işçisi tətilə qoşulub

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar

BMT: Hörmüz boğazında münaqişə nəticəsində 25 dənizçi həlak olub