MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
İtaliyanın ölkəmizdəki səfiri, xanım Marqarita Kostanın dekabrın 2-də Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə ilə görüşündə Azərbaycan-İtaliya əməkdaşlığının inkişafı barədə ətraflı danışılmışdır. Səfirə bildirilmişdir ki, parlamentlərarası əlaqələri genişləndirmək üçün Milli Məclisdə Azərbaycan-İtaliya dostluq qrupu yaradılmışdır.
Söhbət zamanı A.Rəhimzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, bu sahədə beynəlxalq təşkilatların, o cümlədən Parlamentlərarası İttifaqın fəaliyyətini dəyərləndirməklə yanaşı, öz iradını da bildirmiş və demişdir ki, həmin təşkilat regional münaqişələrə münasibətini açıq-aydın, konkret şəkildə bildirməlidir.
Görüşdə Parlamentlərarası İttifaqın fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılmışdır. Marqarita Kosta demişdir ki, onun ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanın xarici işlər nazirinin bu yaxınlarda Romaya səfəri zamanı orada keçirilən görüşlərdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılmışdır. Diplomat demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya gözlənilən səfəri ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]