İQTİSADİYYAT
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir
Bakı, 26 aprel, AZƏRTAC
Milli Məclisdə Hesablama Palatasının illik hesabatı müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabatı təqdim edib. Vurğulayıb ki, 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə əldə edilən Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirdilməsi, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin görülməsi ilə yadda qalıb.
Təqdim olunan hesabatın Hesablama Palatasının fəaliyyətinin 20 illiyinə təsadüf etdiyini deyən Vüqar Gülməmmədov bildirib ki, sənəd “2021-2025-ci illər üzrə Strateji Plan”a uyğun 2021-ci il üçün planlaşdırılmış və icra edilmiş fəaliyyətləri, illik iş planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri və cari fəaliyyətlə bağlı məlumatları əks etdirməklə 7 bölmədən ibarətdir və infoqrafik şəkillərə üstünlük verilməklə yeni dizaynda tərtib olunub.
Hesablama Palatasının sədri, hesabat ilində palatanın nəzarət tədbirlərinin ümumi nəticələrini təqdim edib, auditlərdə kənar dövlət maliyyə nəzarətinin obyekti olan qurumlarda aşkarlanan pozuntuları, həmçinin əhəmiyyətli audit tapıntılarını diqqətə çatdırıb.