SİYASƏT
Milli Məclisin deputatı AŞPA-nın Moskvada keçiriləcək komitə iclasında iştirak edəcəkdir
Bakı, 17 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva noyabrın 17-də Rusiya Federasiyasının paytaxtı Moskvaya gedəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi AŞPA-nın burada keçiriləcək Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etməkdir.
Tədbirdə nanotexnologiyaların insan sağlamlığına və ətraf mühitə təsiri, tibbi xidmətdən istifadə üçün bərabər imkanların yaradılması, orqan alverinə qarşı mübarizəyə dair Konvensiyanın yerinə yetirilməsi və digər mövzularda müzakirələr aparılacaqdır.
Səfər noyabrın 20-də başa çatacaqdır.