SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATI “RUSİYA, QƏRB VƏ AVRATLANTİK TƏHLÜKƏSİZLİYİN GƏLƏCƏYİ” MÖVZUSUNDA BRÜSSELDƏ KEÇİRİLƏCƏK SEMİNARDA İŞTİRAK EDƏCƏKDİR
Bakı, 11 fevral, (AZƏRTAC). Milli Məclisin deputatı Zahid Orucov “Rusiya, Qərb və Avratlantik təhlükəsizliyin gələcəyi” mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün fevralın 12-dən 14-dək Brüsseldə səfərdə olacaqdır.
NATO Parlament Assambleyası çərçivəsində təşkil olunan tədbirdə 2008-ci il avqust böhranından sonra Cənubi Qafqazda vəziyyət, münaqişələrin regionda təhlükəsizliyə törətdiyi təhdid, Rusiya və Qərbin bölgə ilə bağlı mövqeyi, bütövlükdə Avratlantik məkanda təhlükəsizlik və digər məsələlər müzakirə ediləcəkdir.
Z.Orucov müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək, Cənubi Qafqazda formalaşan hərbi-siyasi vəziyyət barədə fikirlərini açıqlayacaqdır.