MİLLİ MƏCLİSİN İCLASINDA
AZƏRTAC xəbər verir ki, əvvəlcə cari məsələlər müzakirə olunmuşdur. Milli Məclisin sədri Murtuz Ələsgərov deputatların qaldırdığı problemlərə münasibət bildirmiş və Ukrayna və Bolqarıstana rəsmi səfərləri barədə məlumat vermişdir.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılmışdır. Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov “Yaşayış minimumu haqqında”, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Cahangir Hüseynov “Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması haqqında” qanun layihələri barədə məlumat vermişlər. Geniş müzakirədən sonra layihələr birinci oxunuşda qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:28]
Rumen Radev: Azərbaycanla əməkdaşlıqdan məmnunuq VİDEO
- 12.11.2026 [15:23]
“Tarixi Zəfər, sülhə sədaqət”: Zəfər Günü Nyu-Cersidə qeyd edilib
- 12.11.2026 [14:57]