MİLLİ MƏCLİSİN İCLASINDA
AZƏRTAC xəbər verir ki, iclasda “Ovçuluq haqqında” Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, qanun layihəsində, “Ovçuluq haqqında” qanunun tətbiqi ilə əlaqədar Meşə Məcəlləsinə, “Xidməti və mülki silah haqqında” və “Heyvanlar aləmi haqqında” Qanunlara dəyişikliklər təklif olunur.
Müzakirələrin sonunda qanunlara edilən dəyişikliklər təsdiq olunmuşdur.
Sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2003-cü ildə fəaliyyəti haqqında bu qurumun sədri Namiq Nəsrullayevin hesabatı dinlənildi.
O dedi ki, rəhbərlik etdiyi palata ötən dövr ərzində bir neçə əsaslı audit yoxlama aparmış, bəzi qanun pozuntuları aşkar etmişdir. Palatanın fəaliyyətində də qüsurlar olduğunu söyləyən N.Nəsrullayev bunu təcrübəsizlikdən irəli gəldiyini vurğuladı.
Deputatlar rəy və təkliflərini bildirməklə yanaşı, Palatanın rəhbərliyinə yol verilən qüsurları aradan qaldırmağı və daha səmərəli fəaliyyət göstərməyi tövsiyə etdilər. Palatanın bir illik fəaliyyəti qənaətbəxş qiymətləndirildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:31]
TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar
- 12.11.2026 [16:43]
YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub
- 12.11.2026 [15:28]
Rumen Radev: Azərbaycanla əməkdaşlıqdan məmnunuq VİDEO
- 12.11.2026 [15:23]
“Tarixi Zəfər, sülhə sədaqət”: Zəfər Günü Nyu-Cersidə qeyd edilib
- 12.11.2026 [14:57]