Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin komitə iclasında 2021-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili gündəliyə bir məsələnin - “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini söyləyib.

Komitə sədri “Büdcə sistemi haqqında” qanunun 20.2-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və bununla bağlı hazırlanmış hesabatın Prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2021-ci il bütün dünya və Azərbaycan üçün postpandemiya dövrü kimi məhdudiyyətlərin yumşaldılması, Ümumi Daxili Məhsulun (ÜDM) qlobal dünya üzrə artımına rəvac verib. İqtisadi artımın yüksəlməsi bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da öz əksini tapıb.

Qeyd olunub ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş Zəfərimizdən sonra qəbul edilən 2021-ci ilin büdcəsi Qələbə ilinin büdcəsi kimi yadda qalıb. Ötən ilin büdcəsinin xərclərində müharibə fəsadlarının aradan qaldırılması, sərhədlərimizin təhlükəsizliyinin qorunması, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması üçün lazımi şəraitin yaradılması, o cümlədən infrastrukturun qurulması kimi istiqamətlər öz əksini tapıb.

Tahir Mirkişili ötən ilin büdcəsinin gəlirləri və xərcləri ilə bağlı əsas hədəflərə nəzər salıb. Qeyri-neft gəlirlərinin artırılması, qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin davam etdirilməsi, dövlət büdcəsinə daxilolmalar üzrə vahid nəzarət mexanizminin tətbiqinin genişləndirilməsi, vergi daxilolmalarının artırılması, vergi borclarının ödənilməsi istiqamətində əlverişli şəraitin yaradılması, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması büdcənin gəlirlər üzrə əsas istiqamətləri kimi qeyd olunub.

Xərclərlə bağlı bildirilib ki, sosialyönümlülüyün təmin edilməsi, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən dövlət proqramlarının maliyyələşdirilməsi, əhalinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində müvafiq tədbirlərin maliyyələşdirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün maliyyə təminatının yaradılması, ərzaq və su təhlükəsizliyinin təmin olunması, əhalinin mənzilə olan tələbatının təmin edilməsi məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin inşası üçün vəsaitin ayrılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinə dair maliyyənin təmin edilməsi qarşıda duran əsas hədəflərdəndir.

Tahir Mirkişili diqqətə çatdırıb ki, bütövlükdə 2021-ci ilin dövlət büdcəsi qəbul olunan zaman gəlirlərin 25 milyard 427 milyon, xərclərin 28 milyard 543 milyon, kəsirin 3 milyard 116 milyon, ÜDM artım tempinin 3,4 faiz, qeyri-neft sektorunun artım tempinin 3,1 faiz, inflyasiyanın 3,7 faiz, neftin 1 barelinin qiymətinin 45 dollar olacağı proqnozlaşdırılıb. Lakin ötən il pandemiya ilə bağlı karantin rejiminin yumşaldılması bu rəqəmlərə öz təsirini göstərib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində və bununla bağlı hazırlanmış hesabatda gəlirlərin mədaxil mənbələri, xərclərin icra vəziyyəti ilə bağlı göstəricilər, habelə dövlət borcu ilə bağlı məsələlər, eyni zamanda, ehtiyat fondlarından istifadə edilməsi, büdcə fondlarının icra vəziyyəti barədə, icmal büdcənin əsas parametrlərinin icrası ilə bağlı məlumatlar öz əksini tapıb.

2021-ci ilin sosial-iqtisadi baxımdan xalqımız və dövlətimiz üçün uğurlu olduğu qeyd olunub. Bildirilib ki, ötən il ərzində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu daha da artıb, dövlətimizin maliyyə vəziyyəti möhkəmlənib, qarşıya qoyulan əsas məsələlərlə bağlı dövlət büdcəsinin maliyyələşdirdiyi layihələrin icrasına nail olunub. Ölkədə COVID-19-a qarşı vaksinasiyanın həyata keçirilməsi, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması, dünya bazarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli daxili və xarici makroiqtisadi mühit iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradıb.

Diqqətə çatdırılıb ki, 2021-ci ildə iqtisadiyyatın bütün sahələrində bərpa prosesləri sürətlə getmiş, neft sektoru üzrə əlavə dəyər istehsalında 1,8 faiz artım, qeyri-neft sektorunda 7,2 faiz artım qeydə alınıb. 2021-ci ildə ÜDM həcmi 70,8 milyard manat proqnozlaşdırılsa da, faktiki həcmi 92,9 milyard manat təşkil edib. ÜDM-in real artım səviyyəsi də nəzərdə tutulandan daha yüksək olub. Dövlət büdcəsində nəzərdə tutulan neftin qiyməti ilə müqayisədə faktiki qiymət daha yüksək olub. Bu da həm dövlət büdcəsinin göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, həm də icmal büdcənin kəsirsiz icra olunmasına və Dövlət Neft Fondunun aktivlərinin artırılmasına münbit şərait yaradıb.

Bildirilib ki, ötən il monetar və fiskal siyasətin sıx əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəticəsində və milli valyutanın sabit məzənnəsi şəraitində ölkə iqtisadiyyatında sürətli bərpa və artım dinamikası müşahidə olunub. Bununla yanaşı, xarici faktorlarla bağlı bəzi mənfi təsirlər də öz əksini tapıb. Dövlət tərəfindən bu proseslər də nəzərə alınıb və ötən il subsidiyaların verilməsi ilə bağlı qərarlar qəbul edilib.

Ümumiyyətlə, ölkə iqtisadiyyatının ötən il ərzində dinamik inkişafı dövlət və icmal büdcələrinin icrasına öz müsbət təsirini göstərib. Hesabat ilində dövlət büdcəsinin mədaxili 26 milyard 396 milyon manat olmaqla, proqnoza qarşı 969 milyon manat və yaxud 3,8 faiz artıq icra edilib. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 12 milyard 860 milyon manat və yaxud 110,4 faiz, proqnozdan isə 10,4 faiz çox icra olunub. Ötən ilin büdcə gəlirləri Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin xətti ilə, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, Mərkəzi Bankın mənfəətindən ayırmalar, Dövlət Neft Fondundan transfert və digər vasitələrlə təşkil edilməklə, ümumilikdə qənaətbəxş hesab oluna bilər.

Maliyyə naziri bildirib ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96,1 faiz və yaxud 27 milyard 422 milyon manat səviyyəsində icra edilib. Hesabat ilində büdcə xərcləri ümumi dövlət xidmətləri, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və bir sıra digər istiqamətləri əhatə edib.

Qeyd olunub ki, 2021-ci ilin əsas nəzərdə tutulan vəzifələri dövlət büdcəsi vasitəsilə təmin olunub. Dövlət büdcəsinin kəsiri nəzərdə tutulduğundan xeyli az olub və cəmi 1 milyard 26 milyon manat təşkil edib.

Ötən ilin icmal büdcəsinin gəlirləri 23 milyard 828 milyon manat proqnoza qarşı 33 milyard 904 milyon manat icra olunduğu diqqətə çatdırılıb. İcmal büdcənin xərcləri isə 29 milyard 991 milyon manat səviyyəsində icra olunub. Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun, Dövlət Neft Fondunun gəlir və xərcləri ilə bağlı məlumatlar da iclas iştirakçılarının nəzərinə çatdırılıb.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova 2021-ci ildə ölkənin sosial-iqtisadi inkişafı barədə danışıb. Makro-iqtisadi vəziyyətin dayanıqlığının qorunması istiqamətində dövlətin yeritdiyi büdcə siyasətindən bəhs edib. Bildirilib ki, ötən il post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərinin təməli qoyulub və bu tədbirlər sürətlə davam etdirilir. Struktur islahatları, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilib. Hesabat ilində yüksək iqtisadi artımın müşahidə olunduğu qeyd edilib. Nazir müavini ötən il Ümumi Daxili Məhsulun yüksək həddə çatmasını, qeyri-neft sektorunda ÜDM-in artımını təqdirəlayiq hesab edib. Kənd təsərrüfatı, turizm, İKT, ticarət, nəqliyyat sahələrdə, habelə vergilər üzrə daxilolmalarda və digər istiqamətlərdə müşahidə olunan artımın əhəmiyyətindən danışıb.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2021-ci ilin dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyini təqdim edib. O, qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını bildirib. Büdcənin əsas parametrlərinin doğruluğu ilə bağlı rəydə əks etdirilmiş makroyanaşmaları diqqətə çatdırıb.

Bildirilib ki, rəy icra edilmiş dövlət büdcəsinin gəlirləri və xərcləri, dövlət borcu, büdcə kəsirinin göstəricilərinin əsaslılığı və tamlığını, bu göstəricilərin əsas makroparametrlərə uyğunluğunu özündə əks etdirir. Sənədə ötən ilin debitor borclarının, dövlət satınalmalarının bəzi parametrlərinin səmərəliliyinin qiymətləndirilməsi, müvafiq dövrdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri daxil edilib. Bununla yanaşı, dövlət proqramları və tədbirləri, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı ayrılmış dövlət vəsaitlərinin istifadəsinə dair məsələlər diqqətdə saxlanılıb.

V.Gülməmmədov ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının apardığı təhlillər barədə geniş məlumat verib, büdcənin icrası ilə bağlı bir sıra təklifləri səsləndirib. O, parlament, Hesablama Palatası, büdcə icraçıları arasında daha sıx əlaqələrin olmasının, belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ətrafında müzakirələr aparılıb. Komitənin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Məşhur Məmmədov sənəd barədə fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müzakirələr zamanı səsləndirilən fikirlərə münasibət bildiriblər, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, verilən sualları ətraflı cavablandırıblar.

İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir

Dünya çempionatı: Norveç qələbə qazanıb

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib