Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbədənkənar sessiyası başa çatmışdır
Son iclasda bir sıra qanunlara dəyişikliklər edilmiş, beynəlxalq sazişlər təsdiqlənmişdir

Bakı, 24 iyun (AZƏRTAC). İyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının sonuncu iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə iclas iştirakçılarını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmiş, ordumuza güc və möhtəşəmlik arzulamışdır.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanmışdır.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Konstitusiya Qanununu müzakirəyə təqdim etmişdir. Bildirilmişdir ki, 6 ay əvvəl Konstitusiya Qanununa dəyişikliklər edilmişdir. Bunlardan biri Azərbaycan Respublikasının iştirakçısı olduğu BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) verilməsidir. Digər dəyişiklik “İnformasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulmuş informasiya məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) həvalə olunmasıdır.

Müzakirələrdən sonra Konstitusiya Qanununun təkrar səsverməsi keçirilmişdir və təsdiq olunmuşdur.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat vermişdir. Qeyd olunmuşdur ki, əvvəlki müzakirələr zamanı deputatlar layihə ilə bağlı bir sıra təkliflərlə çıxış etmişlər. Həmin təkliflər nəzərə alınmaqla layihə üçüncü oxunuşa mükəmməl səviyyədə hazırlanmışdır.

Ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verən qanun layihəsi səs çoxluğu ilə təsdiq olunmuşdur.

İclasda “İcbari sığortalar haqqında” qanunun layihəsi də üçüncü oxunuşda müzakirə edilmişdir.

İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev demişdir ki, ikinci oxunuşda müzakirələrdən sonra yaradılan işçi qrupu tərəfindən layihə üçüncü oxunuş üçün əsaslı şəkildə təkmilləşdirilmişdir. Deputatların əvvəlki müzakirələrdə irəli sürdükləri bir çox təkliflər layihədə öz əksini tapmışdır. Layihəyə 4 yeni maddə əlavə edilmiş, həmçinin 20 maddəyə redaktə xarakterli dəyişikliklər olunmuşdur.

Deputatlar qanun layihəsini üçüncü oxunuşda qəbul etmişlər.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında” qanunun layihəsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, Avropa Şurasına üzv olan ölkələr tərəfindən 2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanan Konvensiya Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmişdir. Konvensiyaya qoşulan hər bir ölkə onun həyata keçirilməsini öz siyasətinə uyğunlaşdırmalıdır. Eyni zamanda Konvensiyaya qoşulan ölkələr qanunvericilikdə landşaftları insanların ətraf mühitin mühüm komponenti kimi tanımaq, landşaftın mühafizəsi, idarə olunması və planlaşdırılmasına yönəlmiş siyasəti həyata keçirmək və s. öhdəliklər götürürlər.

Deputatlar Azərbaycan xalqının milli maraqlarına tam cavab verən bu layihəni təsdiq etmişlər.

İclasda “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslim etmə haqqında” Müqavilənin təsdiq edilməsi barədə” qanun layihələrinə də müsbət münasibət bildirilmişdir.

Sonra iclasda “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Layihə ilə bağlı deputat Gülər Əhmədova məlumat vermişdir. Layihənin 2-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bağlanan beynəlxalq müqavilələrin də hökumətlərarası müqavilə sayılması nəzərdə tutulur.

Qanun layihəsi təsdiq olunmuşdur.

“Nəqliyyat haqqında”, “Prokurorluq haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlara da eyni mahiyyətli dəyişikliklər edilmişdir.

Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, layihəyə əsasən “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Şabran rayonu” bölməsinin 20.14-cü maddəsində “Təzəkənd” sözünün hər iki halda “Dəvəçi” sözü ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Qanun layihəsi təsdiq olunmuşdur.

İclasda “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcra haqqında” qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Ailə məcəllələrinə də dəyişikliklər olunmuşdur.

Daha sonra iclasda “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri A.O., Yunokal Xəzər, Ltd arasında Saziş”ə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılmışdır.

Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun ətraflı məlumatından sonra qanun layihəsi təsdiq olunmuşdur.

İclasda son olaraq “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun layihəsi müzakirə edilmişdir.

Layihə barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat vermişdir. Müzakirə zamanı deputatlar layihəni yüksək qiymətləndirmişlər. Yekunda qanun layihəsi təsdiq olunmuşdur.

Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasının başa çatdığını bildirmişdir. Milli Məclisin həm 2011-ci ilin yaz, həm də növbədənkənar sessiyalarında məhsuldar işlədiyini vurğulayan sədr buna görə deputatlara minnətdarlıq etmişdir.

Oqtay Əsədov Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var