SİYASƏT
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası öz işinə başlamışdır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası öz işinə başlamışdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov sessiyanı açıq elan edərək bildirmişdir ki, iclasın gündəliyinə, ümumilikdə, 7 məsələ daxil edilmişdir.
Sonra cari məsələlərə baxılmış, Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.
İclasda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi haqqında” (üçüncü oxunuşda), “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” (üçüncü oxunuş), “Gömrük tarifi haqqında” (ikinci oxunuş) və “İctimai iştirakçılıq haqqında” (ikinci oxunuş) qanun layihələri müzakirə olunacaqdır.
Bundan əlavə, Milli Məclis Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər edəcəkdir.