Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 4 mart, AZƏRTAC

Martın 4-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq edilib.

Əvvəlcə 24 məsələdən ibarət olan Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı paket müzakirəyə təqdim olunub.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək xatırladıb ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurumun qəbul edəcəyi qərarlar da onların müəyyən normativ hüquqi qüvvəsi olmalıdır. Məhz buna görə də "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi nəzərdə tutulur. Təkliflərə Qanunun 4-cü və 80-ci maddələrinə "maliyyə bazarları tənzimləyicisinin qərarları" sözləri əlavə ediləcək. Beləliklə, həmin qurumun qərarlarının normativ hüquqi akt olacağı məlum olur.

Mülki Məcəllədə edilən dəyişikliklər haqqında danışan Ə.Hüseynli bildirib ki, bu qanun layihəsi də yeni yaradılmış qurumun səlahiyyətləri ilə əlaqədardır. Məhz buna görə də təklif olunur ki, Mülki Məcəllənin müvafiq maddələrində "müvafiq icra hakimiyyəti" sözləri "maliyyə bazarlarına nəzarət orqanı", "sığorta nəzarəti" sözləri "maliyyə bazarlarına nəzarət" sözləri ilə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəz edilsin.

"Publik hüquqi şəxslər haqqında" Qanuna edilən dəyişikliyə əsasən sənədin 1.2-ci, 5.3-cü və 7.6-cı maddələri ləğv ediləcək. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunda edilən dəyişikliklər də yeni yaradılmış Palatanın səlahiyyətləri ilə bağlıdır. Bildirilib ki, bu dəyişikliklər mahiyyət etibarilə deyil, qanunvericiliyin uyğunlaşdırılması ilə bağlıdır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən sənədin 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci maddələrində maliyyə bazarlarına nəzarət orqanının müvafiq səlahiyyətləri öz əksini tapır. Yəni, gəlir vergisindən azadolmalar və güzəştlər, vergi ödəməkdən azadedilmə, vergi güzəştləri və azadolmalar və vergi güzəştləri maddələrində maliyyə bazarlarına nəzarət orqanının adı da qeyd olunur.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən "Banklar haqqında" Qanunda dəyişikliklər edilməsi, "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilməsi, "Bank olmayan kredit təşkilatları haqqında" Qanunda dəyişiklik edilməsi, "Kredit ittifaqları haqqında" Qanunda dəyişiklik edilməsi, "Poçt haqqında" Qanunda dəyişiklik edilməsi, "Valyuta tənzimi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə əsasən müvafiq maddələrdə "kapital" sözü "pul" sözü ilə əvəzlənir. Nəzarət və lisenziyalaşdırma funksiyaları Mərkəzi Bankdan alınaraq Maliyyə Bazarlarına Nəzarət Orqanına verilir. Mərkəzi Bank publik hüquqi şəxsə çevrilir.

İclasda "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "İnvestisiya fondları haqqında", "İstehsalda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında", "İcbari sığorta haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Lotereyalar haqqında", "Valyuta tənzimi haqqında" qanunlarda edilən dəyişikliklər barədə də məlumat verilib. "Qiymətli kağızlar bazarı haqqında", "İnvestisiya fondları haqqında", "Lotereyalar haqqında" qanunlarda edilən dəyişikliyə əsasən "nəzarət orqanı" sözü "maliyyə bazarlarına nəzarət orqanı", "aktları" sözü "maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları", "müvafiq icra hakimiyyəti orqanı" sözləri "maliyyə bazarlarına nəzarət orqanı", "digər dövlət orqanlarına" sözləri "maliyyə bazarlarına nəzarət orqanının və ya digər orqanların dövlət tənzimləmə" sözləri ilə əvəz ediləcək. Bütlükdə bu dəyişikliklər Maliyyə Bazarlarına Nəzarət Palatasının kifayət qədər səlahiyyətlərini özündə ehtiva edir.

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Bildirilib ki, qanunun kənd təsərrüfatında əmlakın sığortasının subyekti adlanan 4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanı” sözləri əlavə olunacaq. Bu əlavə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə əlaqədardır. Belə ki, Palatanın səlahiyyətlərinə sığorta təşkilatlarının da fəaliyyətinin tənzimlənməsi və onlara nəzarət aid edilib. Həmçinin qanunun qüvvədə olan sığorta haqqı, sığorta tarifləri və sığorta məbləği adlanan 6.2-ci maddəsi və kənd təsərrüfatında sığortanın stimullaşdırılması sahəsində dövlətin vəzifələri maddəsinin 8.1.2 bəndi ləğv edilir. 6.2-ci maddədə göstərilirdi ki, hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz. Buna uyğun olaraq, qanundan “sığorta tariflərinin maksimum həddini müəyyən etmək” bəndi (8.1.2) çıxarılır. Məqsəd sığorta tariflərinin tənzimlənməsi işində sistemliliyi və operativliyi təmin etməkdən ibarətdir.

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 6-cı maddəsinin doqquzuncu abzası ləğv olunacaq. Bu dəyişiklik elektron hökumətin yaradılması ilə əlaqədardir.

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsindəki dəyişikliklərə əsasən sənədin 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bildirilib ki, bununla da idman mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Həmçinin qanuna əlavə edilən 53-1.7-ci maddədə qeyd edilir ki, “idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.

İclasda, həmçinin “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Dəyişikliyə əsasən Qanunun 8.9-cu maddəsinin üçüncü cümləsində “0,3 faizi miqdarında sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə məcburi ayırmalardan” sözləri “maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlardan” sözləri ilə əvəz ediləcək.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə əsasən sənədin 9-cu maddəsinin birinci abzasında “dövlət sığorta” sözləri “maliyyə bazarlarına nəzarət” sözləri ilə əvəz ediləcək.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasında əsas məqsəd pul siyasəti funksiyası ilə maliyyə bazarlarının tənzimlənməsi funksiyası arasında ziddiyyətləri bir-birindən ayırmaqdır. Bildirilib ki, ötən dövr ərzində işçi qrupu Palatanın fəaliyyətinin mütərəqqi beynəlxalq prinsip və standartlara uyğun təşkil olunmasını təmin etmək məqsədilə bu sahədə mövcud olan beynəlxalq standartları araşdırıb. Bunun nəticəsi olaraq isə dövlət başçısına həm təşkilati, həm normativ xarakterli təkliflər təqdim edilib. Bu gün müzakirə olunan qanunvericilik aktları zərfi məhz normativ və qanunvericilik xarakterli təkliflərin məcmusudur.

Bütövlükdə Palata kredit təşkilatları, sığorta sektoru, qiymətli kağızlar bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Palata, həmçinin çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət sahəsində dövlət siyasətini, onun tətbiqini təmin edəcək. Kredit təşkilatları dedikdə banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, milli poçt operatorunun maliyyə xidmətləri, sığorta sektoru dedikdə isə sığorta və təkrar sığorta şirkətləri, sığorta brokerləri və agentləri nəzərdə tutulur. Qeyd edilib ki, kapital bazarı ilə bağlı bir müddət bundan öncə parlamentdə yeni qanun qəbul olunub. Kapital bazarları institutları dedikdə investisiya şirkətləri, fond birjaları, klirinq depozitar institutları nəzərdə tutulur. Palata, həmçinin sistem əhəmiyyəti olmayan ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq. Sistem əhəmiyyəti olmayan ödəniş sistemləri dedikdə klirinq hesablaşma ödəniş sistemlərinin (elektron ödəniş kartları) Palatanın tənzimləmə sferasına daxil olması nəzərdə tutulur. Habelə bu gün mövcud olan qiymətli kağızların ticarəti üzrə klirinq və hesablaşma sistemlərinin fəaliyyətinin tənzimlənməsi hazırda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən icra edilir, gələcəkdə isə bu funksiya Palatanın mandatına daxil ediləcək.

Qeyd edilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahədə tənzimləmə və nəzarəti həyata keçirmək üçün bir neçə vasitədən istifadə edəcək. Bunlardan birincisi lisenziyalaşdırmadır. İkincisi, Palata maliyyə sektorunda norma yaratmaq, normativ xarakterli aktlar qəbul etmək səlahiyyətlərinə malik olacaq. Üçüncüsü, Palata tənzimləmə subyektləri olan banklar, kredit təşkilatları, sığorta şirkətlərindən və kapital bazarları iştirakçılarından özünün müəyyən etdiyi forma və qaydalarda hesabatlar alacaq. Bu hesabatlar həmin təşkilatların maliyyə vəziyyəti, idarəetmə sistemlərinin effektivliyi barədə davamlı təsəvvürün və təhlillərin formalaşmasına xidmət edəcək. Dördüncüsü, Palata tənzimlədiyi maliyyə bazarları institutlarının fəaliyyətini yerindəcə yoxlayacaq. Yoxlama prinsipləri və qaydalar isə Palata tərəfindən müəyyən ediləcək. Nəhayət, tənzimlənmə və nəzarət prosesləri gedişində hər hansı qanun pozuntuları aşkar edildikdə və yaxud maliyyə bazarı subyektlərinin riskli fəaliyyəti aşkarlandıqda bu zaman təsir tədbirləri və ya sanksiya xarakterli tədbirlər tətbiq olunacaq. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək.

R.Aslanlı təklif olunan sənədlərin Mərkəzi Bank və Palatanın səlahiyyətlərinin bölgüsünü dəqiq müəyyən etməyə imkan yaratdığını deyib. Mərkəzi Bank pul siyasətini həyata keçirəcək, ödəniş sistemlərinin fəaliyyətini təşkil edib, onu tənzimləyəcək, eyni zamanda, nağd pul təsərrüfatını təşkil edəcək. “Valyuta tənzimi haqqında” Qanunla Mərkəzi Bankın valyuta nəzarəti orqanı funksiyası olduğu kimi saxlanılır. Bank sisteminin tənzimlənməsi və nəzarəti funksiyası isə Palatanın səlahiyyətinə keçir.

“Dövlət satınalmaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə əsasən sənədin 1-ci maddəsindəki “bu Qanun” sözləri “1.1. Bu Qanun, bu Qanunun 1.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla” sözləri ilə əvəz ediləcək. Eyni zamanda, Qanuna əlavə ediləcək 1.2-ci maddəyə əsasən dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının (Dövlət Taxıl Fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Plenar iclasda “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi də müzakirə edilib. Qeyd edilib ki, qanun körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, xəbər və konfrans mərkəzlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastruktur layihələrinin “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.

İclasda, həmçinin M.A.Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi, “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli 1382-IVQR nömrəli Qərarında dəyişikliklər edilməsi, “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli 1383-IVQR nömrəli Qərarında dəyişikliklər olunması haqqında, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə məsələlərə də baxılıb.

“Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə, “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında, “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə məsələlər də nəzərdən keçirilib.

Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, dəyişikliyə əsasən sənədin 13.4-cü, 20.7-ci, 34.5-ci maddələrinə əlavələr ediləcək. 34.1-ci maddədə “inzibati” sözündən sonra “(yuxarı dövlət orqanına və ya müvafiq icra hakimiyyəti orqanına)” sözləri əlavə ediləcək. 35.1-ci maddədə isə “tələblərinin” sözü “yoxlamalarla bağlı müəyyən edilmiş tələblərinin və prosedurlarının” sözləri ilə əvəz ediləcək.

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən sənədin 101-1-ci, 116-1-ci, 196.06-cı, 317.1-ci, 318.2-ci, 323.1-ci, 324.1-ci, 324.2.1-ci, 324.2.2-ci, 325-ci və 348-3.0.6-ci maddələrində “görə” sözündən əvvəl “(sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 348-8.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla)” sözləri əlavə ediləcək. 276-cı maddədə “olmasına” sözündən sonra “sahibkarlıq olmayan subyekt tərəfindən” sözləri əlavə ediləcək. 324.1-ci maddədən “və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına” sözləri çıxarılacaq. 413.1-ci maddəyə “əleyhinə” sözündən sonra “və bu Məcəllənin 348-8.1-ci və 348-8.2-ci maddələrində nəzərdə tutulmuş” sözləri əlavə ediləcək.

Eyni zamanda, “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1299-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək.

İclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Bildirilib ki, layihə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılma məqsədilə hazırlanıb.

Deputatlar, həmçinin “Kitabxana işi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxıblar. Qanun layihəsinə əsasən sənədin 6-cı maddəsinin ikinci hissəsinin yeddinci abzasına, 8-ci maddəsinin dördüncü hissəsinə və 15-ci maddəsinin ikinci hissəsinə birinci halda “Azərbaycan” sözündən sonra “Milli” sözü əlavə edilməsi nəzərdə tutulur.

Sonda bütün qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb