Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistan parlamenti spikerinin iddialarına cavab verib VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasın gedişində Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edərək, Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib. Bunun ardınca Milli Məclisin sədri Sahibə Qafarova ikinci dəfə söz alaraq, Ermənistan parlamentinin spikerinə cavab verib.

Spiker Sahibə Qafarovanın sözlərinə görə, burada iddia olundu ki, Azərbaycan Ermənistan ərazisini işğal edib. Bu, tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir. Digər tərəfdən Qazax rayonunun 7 kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır. Milli Məclisin sədri daha sonra vurğulayıb: “Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Ölkəmizin ərazi bütövlüyünə, hərbçilərin və mülki şəxslərin həyatına təhdid törədən bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu cavab tədbirləri görüb”.

Minalanmış ərazilərin xəritələri ilə bağlı məsələyə gəlincə, spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan bu xəritələri Ermənistandan çox çətinliklə əldə edib və bu xəritələrin dəqiqliyi cəmi 25 faizə bərabərdir. Ermənistan ərazilərimizin minalanmasını davam etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə 1400-dən çox mina tapılıb ki, bunlar da 2021-ci ildə Ermənistanda istehsal olunub. Müharibə bitəndən sonra ərazilərimizin ermənilər tərəfindən minalanması hərbi cinayətdir, beynəlxalq humanitar hüququn pozulmasıdır və regionda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatın pozulmasıdır.

Spikerin sözlərinə görə, bütün bu faktları nəzərə alsaq, hərbi təxribatlarda, sülh prosesinin əngəllənməsində hansı ölkənin - Azərbaycanın, yoxsa Ermənistanın maraqlı olduğu aydın görünür.

Milli Məclisin sədri hərbi cinayətlərlə bağlı erməni spikerin iddialarına da cavab verib. “Mən tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt hərbi cinayət törətməyib. Bu iddia onilliklər ərzində təcavüzkar siyasət aparan, hərbçilərə və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən, bir milyona yaxın insanın elementar hüquqlarını pozan bir ölkənin ikiüzlülüyünün nümunəsidir. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixli məlumatlarında bildirilir ki, internetdə anonim şəkildə yayılmış və sosial şəbəkələrdə Azərbaycan Ordusunun qanunsuz əməlləri kimi təqdim olunan videogörüntülərlə bağlı hazırda ətraflı araşdırma aparılır.

İndi bir sual vermək istəyirəm: Ermənistanın Baş Prokurorluğu internetdə yayılmış digər videolarla bağlı hansısa tədbirlər görürmü? Cənab Simonyan nədənsə onların adını çəkmədi. Bu kadrlar isə həlak olan Azərbaycan əsgərlərinin cəsədlərinin təhqir olunmasından, daha doğrusu, ələ salınmasından xəbər verir.

Mən burada erməni hərbçilərin etdikləri barədə danışmayacağam, çünki bu barədə emosiyasız danışmaq mümkün deyil. Bu, normal, mədəni insanın şüuruna sığmır. Odur ki, sualımı təkrar etmək istəyirəm: Ermənistanın Baş Prokurorluğu bu videogörüntüləri araşdırırmı?”, - deyə Milli Məclisin sədri vurğulayıb.

Sahibə Qafarova daha bir sual ünvanlayıb: “İki Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərlərinə və mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlərin və digər qanunsuz əməllərin, habelə 44 günlük müharibə dövründə dinc əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə amansız raket hücumlarının günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün Ermənistan tərəfindən hansı addımlar atılıb? Sual, təbii ki, ritorikdir, çünki sosial şəbəkələrdə də geniş yayılan çoxsaylı rəsmi videoların olmasına baxmayaraq, heç bir addım atılmayıb”.

Milli Məclisin sədri qeyd edib ki, Birinci Qarabağ müharibəsindən sonra 3900-ə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Onlara nə olub? Bu, seçicilərimizin bizə ən çox ünvanladığı suallardan biridir. Hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır...

Sahibə Qafarova daha sonra hərbi əsirlər məsələsi ilə bağlı Ermənistan parlamentinin spikerinin əsassız iddialarına da münasibət bildirib. MDB PA-nın Almatıda keçirilən sonuncu iclasında Alen Simonyanın hərbi əsirlərlə bağlı bəyanatlarına cavab verdiyini xatırladan Milli Məclisin sədri bir daha qeyd edib ki, üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olaraq hərbçilərimizə, mülki əhalimizə qarşı terror aktları törədənlər hərbi əsir kimi tanınmır. Onlar ağır cinayətlər törətmiş cinayətkarlardır.

Qarabağda yaşayan ermənilərlə bağlı məsələyə gəldikdə isə spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan öz daxili məsələlərini bu və ya digər ölkə ilə müzakirə etmək fikrində deyil. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq.

Milli Məclisin sədri erməni mədəni irsinin dağıdılması ilə bağlı iddiaya da cavab verib. O, deyib ki, 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus bütün mədəni irsi məhv edib, bir çox tarixi, mədəniyyət və dini abidələr yerlə-yeksan edilib. Məscidlərimiz təhqir olunub, dağıdılıb, inək, donuz saxlanılan yerlərə çevrilib. Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, bu ərazilərdəki mədəni irsin vəziyyətini qiymətləndirmək üçün UNESCO bu ərazilərə səfər etməyib.

Sonda spiker Sahibə Qafarova erməni spikerin öz çıxışında səsləndirdiyi “Dağlıq Qarabağ” ifadəsinə etirazını bildirərək, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını deyib, bu ərazilərin Qarabağ regionu olduğunu qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistan parlamenti spikerinin iddialarına cavab verib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı naziri sahibkarlarla görüşüb

Draqana Koiç: BQXK mina probleminin həllində Azərbaycana dəstək verməyə hazırdır

Ombudsman: Ölkəmizdə 1991-ci ildən bu günədək 3416 nəfər minadan zərər çəkib

Astarada 111,5 kilometr kanal və çay məcraları lildən təmizlənib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Hacıqabulda kommunikasiya kabelləri oğurlayan şəxs digər cinayət əməlini də etiraf edib

Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanılıb

Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb

Almaniyanın iqtisadiyyat naziri büdcə böhranı səbəbindən iqlim konfransına qatılmayacaq

Gəncədə köşklərdən oğurluq edən şəxs saxlanılıb

İndoneziyada vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb

Qəzzadan təxliyə edilən daha 142 Türkiyə vətəndaşı İstanbula gəlib

Filippində universitetdə baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb

Qətər Dövləti Qəzza zolağında 3 min yetim uşağa və 1,5 min yaralıya kömək edəcək

Moskva hava limanlarında 70-dən çox reys gecikib, bir çoxu da təxirə salınıb

Son iki gündə Qəzzanı 850-dən çox xarici vətəndaş tərk edib

Muzey Mərkəzdə “Rənglərdə yaşayan ömür” adlı sərgi açılıb

Pentaqon: Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir çox ticarət gəmisi hücuma məruz qalıb

Moskvada avtomobil zavodunda baş verən yanğın lokallaşdırılıb

BMT Qəzza zolağında yayılan xəstəliklərlə bağlı xəbərdarlıq edib

Monteneqroda əhalinin siyahıyaalınması prosesi başlayıb

Filippin sahillərində növbəti zəlzələ qeydə alınıb

Türkiyə Prezidenti Qətərə gedir

Ciorcia Meloni: Qərbi Balkan ölkələri Aİ-yə qoşulmayanadək Avropanı birlik adlandırmaq olmaz

Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib

İsrail Qəzzanın cənubunda aktiv hərbi əməliyyatlar keçdiyini açıqlayıb

Musiqili Teatrda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində "Qaragöz" tamaşası nümayiş olunub

Filarmoniyasında Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib

Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub

Vaxtanq Maisaya: Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı işdən çıxarılıb

Şirvanda küçələrin asfaltlanması işləri görülür

Giorgi Qoqua: Ermənistan Zəngəzur dəhlizinin əhəmiyyətini dərk etmir

Papa Fransisk ənənəvi “Angelus” duasını yenə videobağlantı ilə edib

Saatlı sakini babasından qalmış yivli silahı könüllü olaraq polisə təhvil verib

İtaliyanın Baş naziri Belqradda Serbiya Prezidenti ilə görüşüb

Marneulidə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bilik yarışması

COP28 çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı ilə bağlı təqdimat olub YENİLƏNİB

Bəzi beynəlxalq qüvvələr Cənubi Qafqazda münaqişənin yenidən artmasını istəyir - ŞƏRH

Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək

Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olunub

Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Lissabon sammitindəki diplomatik uğurumuz tarixi Zəfərimizə dayanıqlı beynəlxalq zəmin yaratdı - ŞƏRH

Filippin sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Xarici ölkələrdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər

Bəzi dağlıq rayonlarda dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq

Münhen hava limanında 500-dən çox reys təxirə salınıb VİDEO

Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq yarışda 1-ci yeri qazanıb

Sabah paytaxtda şimal-qərb küləyi əsəcək

Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub

Türkiyə vətəndaşlarının Qəzzadan təxliyə işləri bərpa edilib

İcma: BMT-nin xüsusi məruzəçisinin iddialarını kəskin şəkildə pisləyirik

Azərbaycan nümayəndə heyəti Çində Dünya Media Sammitində iştirak edir VİDEO

Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Nəsimi, Səbail və Xətai rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq

“Times of Israel”: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yeritməyəcək

Azərbaycan çempionatında 41 komandadan 167 boksçu mübarizə aparacaq

Paraqvaylı deputat təyyarə qəzasında həlak olub

DYP sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı sürücülərə müraciət edib

Bu gün Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Nizami rayonunda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb - YENİLƏNİB-2

Peruda silahlı şəxslərin hücumu nəticəsində 9 nəfər həlak olub

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi VİDEOREPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib