MƏDƏNİYYƏT
Milli Qurtuluş Gününə həsr olunmuş “Ümid yeri” adlı sərgi-tədbir keçirilmişdir
Bakı, 11 iyun (AZƏRTAC). İyunun 11-də Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən hərbi hissələrin birində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Ümid yeri” adlı sərgi-tədbir keçirmişdir.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlanmışdır.
Azərbaycan Turizm İnstitutunun İctimai fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyev, “Silahlı Qüvvələrə Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli, hərbi hissənin hərbi qulluqçusu, çavuş Nihad Mehdizadə, Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin elmi işçisi Gülay Ramazanova əsgərlər və zabitlər qarşısında mövzu ilə bağlı mühazirələrlə çıxış etmişlər.
Tədbirin sonunda Yasamal rayonundakı 24 nömrəli uşaq yaradıcılıq mərkəzinin üzvləri “Səma” qrupu tərəfindən hazırlanmış bədii-musiqili kompozisiya nümayiş etdirmişlər.