Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respubikasının 2012-ci il 29 iyun tarixli 408-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 602; 2011, № 2, maddə 71) 20.2.5-ci maddəsində “kompyuter informasiyası sahəsində cinayətkarlığa” sözləri “kibercinayətlərə” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin