Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Təhlükəsizlik Nazirliyinin Ordubad rayon şöbəsinin inzibati binası istifadəyə verilmişdir

Naxçıvan, 11 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Ölkəmizin hərtərəfli inkişafı, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir”.

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə milli təhlükəsizlik orqanları sürətli inkişaf və təşkilatlanma yolu keçərək dövlətçilik ənənələrinin qorunması kimi müqəddəs amallar uğrunda aparılan mübarizənin daim ön sıralarında olmuşdur. Son illər Naxçıvan Muxtar Respublikasında da milli təhlükəsizlik orqanları əməkdaşları üçün nümunəvi iş şəraitinin yaradılması və xidmətin keyfiyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq martın 11-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Muxtar respublikanın milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.

Ali Məclisin Sədri zabitləri salamlamış, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Təhlükəsizlik Nazirliyinin Ordubad rayon şöbəsinin yeni inzibati binasının Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılmasının 95 illiyi ərəfəsində istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə müxtəlif sahələr üzrə dövlət strukturları yaradılmış, onların fəaliyyətinin təşkil olunması məqsədi ilə qanunlar, normativ aktlar və əsasnamələr təsdiq olunmuşdur. Bu cür dövlət qurumlarından biri də Milli Təhlükəsizlik Nazirliyidir.

Ali Məclisin Sədri demişdir: Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi 1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə yaradılmışdır. 2004-cü ildə nazirliyin əsasnaməsi və strukturu təsdiq edilmişdir. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon bölməsi şöbəyə çevrilmişdir. Yeni əsasnaməyə uyğun olaraq nazirlik və onun rayon şöbələri qarşısında mühüm vəzifələr müəyyənləşdirilmişdir. Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında milli təhlükəsizliyin təmin edilməsi qarşıda duran başlıca vəzifədir.

Qeyd olunmuşdur ki, bu gün əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkili, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqatların aparılması, rayonda energetika, nəqliyyat, rabitə və iqtisadiyyatın digər strateji əhəmiyyətli sahələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi, dövlət orqanlarında dövlət sirrinin mühafizəsi, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop, partlayıcı maddələrin və qurğuların, mədəni, tarixi və arxeoloji sərvət olan əşyaların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qanunvericiliyə uyğun olaraq digər tədbirlərin həyata keçirilməsi Ordubad rayon şöbəsinin qarşısında duran əsas vəzifələrdir. Yaradılan müasir iş şəraiti rayon ərazisində milli təhlükəsizliyin təminatına və qarşıya qoyulan bu vəzifələrin uğurlu icrasına imkan verəcəkdir. Ona görə də kollektiv dövlətimizin yaratdığı şəraitdən səmərəli istifadə etməli, öz işlərini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır.

Ali Məclisin Sədri demişdir: Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təşkilini daim diqqət mərkəzində saxlamış, bu sahənin inkişafına hərtərəfli qayğı göstərmişdir. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi bu yolun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə milli təhlükəsizlik təmin olunmuş, sabitlik yaradılmışdır.

Ali Məclisin Sədri kollektivə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, 3 mərtəbədən ibarət olan bina müasir standartlar səviyyəsindədir. Otaqlar lazımi avadanlıqlar və texniki vasitələrlə təmin olunmuşdur. İdman zalında şöbənin əməkdaşlarının fiziki hazırlığının artırılması üçün hər cür şərait yaradılmış, müasir avadanlıqlar qoyulmuşdur. İkinci mərtəbədə isə 4 xidməti yaşayış mənzili istifadəyə verilmişdir.

Binada müasir istilik və işıqlandırma sistemləri quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.

Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün

yeni bina inşa olunacaqdır

Muxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər “Muxtariyyət ili” olan 2014-cü ildə də davam etdirilir. Bu il Ordubad şəhər 3 nömrəli tam orta məktəbi üçün yeni bina inşa olunacaqdır.

Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının mövcud vəziyyəti ilə maraqlanmış və tikinti aparılacaq əraziyə baxmışdır.

Məlumat verilmişdir ki, yeni məktəb binası 4 mərtəbədən ibarət olacaqdır. Məktəbdə fənn kabinetləri, müasir laboratoriyalar və sinif otaqları yaradılacaq, idman zalı istifadəyə veriləcəkdir.

Ali Məclisin Sədri binanın layihəsinə baxmış, tikinti işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.

Ordubad şəhərindəki “Buzaxana” memarlıq abidəsində

təmir-bərpa işləri aparılacaqdır

Tarixi özündə yaşadan abidələr həm də hər bir xalqın milli kimliyini təsdiq edir. Ona görə də muхtаr rеspublikа ərаzisində yеrləşən tаriх və mədəniyyət аbidələrinin bərpası diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu il Ordubad şəhərindəki XIV əsrə aid olan “Buzxana” memarlıq abidəsində də təmir-bərpa işləri aparılacaqdır.

Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Buzxana” memarlıq abidəsində həyata keçirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin layihəsinə baxmışdır.

Bildirilmişdir ki, binanın ümumi hündürlüyü 11 metrdir. Abidənin əsas hissəsi yerin altında yerləşir.

Ali Məclisin Sədri təmir-bərpa işləri zamanı tarixiliyin qorunub saxlanılması barədə tapşırıqlar vermişdir.

* * *

Həmin gün Ali Məclisin Sədri Ordubad şəhərinin mərkəzindən keçən Dübəndi çayında aparılan sahilbərkitmə işləri ilə də tanış olmuşdur.

Bildirilmişdir ki, çay yatağının yuyulması nəticəsində ərazidə sürüşmə təhlükəsi yaranmışdır. Ona görə də hazırda burada sahilbərkitmə işləri görülür, suyun axımını nizamlayan beton konstruksiyalar quraşdırılır.

Aşağı Əylis kəndində kompleks

quruculuq işləri görüləcəkdir

Bu il muxtar respublikanın kompleks abadlaşan kəndləri sırasına Ordubad rayonunun Aşağı Əylis kəndi də qoşulacaqdır.

Martın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Əylis kəndinə gəlmiş, kənd tam orta məktəbinin yeni binasının layihəsinə baxmışdır.

Məlumat verilmişdir ki, 3 mərtəbədən ibarət məktəb binası müasir tələblər səviyyəsində tikiləcək, sinif otaqlarında, fənn kabinetlərində, idman zalı və kitabxanada lazımi şərait yaradılacaqdır. Həmçinin məktəb müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin ediləcək, şagirdlərin istifadəsinə kompyuterlər və elektron lövhəli siniflər veriləcəkdir.

Aşağı Əylis kəndində həyata keçiriləcək quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunacaq, kənddaxili yollar təmir ediləcək, elektrik və rabitə xətləri yenilənəcəkdir.

Obyektlərin layihəsinə baxan Ali Məclisin Sədri inşaat işlərinə başlanılması barədə tapşırıqlar vermişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib