Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI HAQQINDA ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Milli Televiziya və Radio Şurasının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- on gün müddətində Milli Televiziya və Radio Şurasının xərclər smetasını təsdiq etsin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin