REGİONLAR
Milyonların qəlbində yaşayan lider
![](/files/galleryphoto/2022/2/1200x630/1652197095456341983_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652197095825212711_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16521970951479059019_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652197095990061519_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652197095251292238_1200x630.jpg)
Kürdəmir, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Kürdəmirdə silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində “Milyonların qəlbində yaşayan lider” mövzusunda konfrans keçirilib. Konfransda Rafiq Quliyevin quruluşçu rejissoru olduğu “Ulu Öndər” sənədli filmi nümayiş etdirilib.
Konfransda çıxış edən icra başçısı Elxan İbrahimov bütün varlığı ilə Vətəninə bağlı olan müdrik dövlət xadimi Heydər Əliyevin xalqımıza zəngin irs qoyduğunu xatırladıb, hər yerdə keçirilən bu kimi tədbirlərin xalqın Ulu Öndərə sonsuz hörmət və ehtiramının ifadəsi olduğunu qeyd edib.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı, özü qədər inanıb-güvəndiyi qətiyyətli siyasi lider - İlham Əliyev kimi davamçı hazırlaması olub.