Mina sahələri necə təmizlənir?
Bakı, 28 iyul, AZƏRTAC
Minalı sahənin təmizlənməsi ərazinin mina ilə çirklənməsindən, relyefindən və müəyyən qədər də hava şəraitindən asılıdır.
AZƏRTAC Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) saytına istinadla xəbər verir ki, minanı aşkar etmək üçün mina detektorundan istifadə olunur. Həmin detektorlar basdırılmış minanın metal hissəsindən qayıdan elektromaqnit siqnalı tutaraq yerini aşkar edir. Mina axtarışı işində xüsusi təlim keçmiş itlərin iyduyma qabiliyyətindən də istifadə olunur.
Tədqiqat və minatəmizləmə əməliyyatlarına məsafədən idarə olunan xüsusi təyinatlı mexaniki vasitələr də cəlb edilir. Lakin bu cür maşınlar minalanmış sahəni təmizləyəndən sonra həmin ərazi yenidən mütəxəssislər tərəfindən yoxlanmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]