MİNA TƏHLÜKƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLƏCƏKDİR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, sentyabrın 28-də Bakıda Cənub-Şərqi Avropanın mina təhlükəsi ilə mübarizə üzrə Əlaqələndirmə Şurasının 12-ci iclası öz işinə başlayacaqdır. Tədbirdə Şuraya üzv ölkələrin regionda mina təhlükəsi ilə mübarizə fəaliyyətinin inkişaf etdirilməsi, birgə əməkdaşlığa dair öhdəliklərin qəbul edilməsi, ölkələrarası təcrübə mübadiləsinin sürətləndirilməsi məsələləri müzakirə olunacaqdır.
İclasın işində Balkan ölkələrinin mina təhlükəsi ilə mübarizə proqramlarının rəhbərləri, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki diplomatik nümayəndələri də iştirak edəcəklər.