MİNADAN ZƏRƏRÇƏKMİŞ ADAMLARIN PROBLEMLƏRİ ÖYRƏNİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Tovuz, Ağstafa, Qazax rayonlarının Mülki Müdafiə qərargahları həmin rayonlarda minadan zərərçəkənləri arayaraq onlarla görüşlər keçirmiş, ehtiyaclarını öyrənmişlər. Bundan əlavə, yerli televiziya ilə minadan zərərçəkənlərin problemlərinə və əhalinin bu sahədə maariflənməsinə həsr olunmuş veriliş təşkil olunmuşdur.