“Minecraft”ın direktoru “Yeni çağırışlar”da
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də “Yeni çağırışlar” müzakirə proqramında “Microsoft” şirkətinin öyrənmə təcrübələri üzrə direktoru Castin Edvards qonaq olacaq.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Castin Edvards ilə oyunəsaslı öyrənmə barəsində danışılacaq.
Castin Edvards dünyanın ən məşhur kompüter oyunlarından sayılan “Minecraft”ın təhsil versiyasının kurikulum, təhsil siyasəti və qiymətləndirmə üzrə komandasına rəhbərlik edir. O, Nobel Sülh Mərkəzi və UNESCO ilə əməkdaşlıq çərçivəsində 100-dən çox ölkədə tətbiq edilən təhsil layihələri üzərində işləyib, həmçinin Böyük Britaniyanın Kurikulum, İmtahan və Qiymətləndirmə Şurasının (CCEA) baş icraçı direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [18:39]
Məktəb direktorlarının işə qəbulu müsabiqəsində 463 namizəd uğur qazanıb
- 16.11.2026 [18:16]
Süni intellektin cəmiyyətə təsiri və təhlükəsiz istifadəsi araşdırılır
- 16.11.2026 [18:10]
BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır
- 16.11.2026 [18:02]
Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb
- 16.11.2026 [17:10]
Qazaxıstan Milli Kitabxanası qlobal informasiya məkanında - elmi seminar
- 16.11.2026 [16:24]
Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün
- 16.11.2026 [16:16]
Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub
- 16.11.2026 [16:11]