Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir birinci Avropa Oyunlarına hazırlaşır

Mingəçevir, 28 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevirdə ilin 235 gününün günəşli keçməsi, hava şəraitinin mülayim olması, qış fəslində Kür çayının donmaması şəhərdə su idmanı yarışlarının inkişafında xüsusi rol oynayır. Təbiətin yaratdığı bu üstünlük Mingəçevirə su idmanı yarışlarına ev sahibliyi etmək hüququ verib. Qarşıdan gələn birinci Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlara hazırlaşan Mingəçevirdə müasir infrastruktur yaradılıb. Belə komplekslərdən biri “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir.

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Tədris-İdman Mərkəzində görülən işlər barədə məlumat verərək bildirib ki, təməli 1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan bu kompleks ölkəmizdə su idmanının inkişafında xüsusi əhəmiyyətə malikdir.

Hələ 2004-cü ildə Prezident İlham Əliyev Mingəçevirə səfəri zamanı mərkəzlə tanış olub, onun müasir tələblərə uyğun yenidən qurulmasına göstəriş verib. “Bundan sonra Milli Avarçəkmə Federasiyası təsis olunub və Azərbaycanda idmanın bu növü dirçəliş dövrünə qədəm qoyub. Hazırda Cavid Əfəndiyev, Aleksandr Jdanov, Toğrul Qurbanzadə, Teymur Kutseba, Aleksandr Qlotov, Kamal Məmmədov kimi gənc və perspektivli akademik avarçəkənlərimiz, dünya və Avropa çempionatlarında medallar qazanan Valentin Demyanenko, Sergey Bezuqlıy, Maksim Prokopenko kimi kanoeçilərimiz var”, - deyə K.Nəcəfli bildirib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin beynəlxalq standartlara uyğun yenidən qurularaq 2010-cu ildə istismara verilməsindən sonra şəhərdə tez-tez yerli və beynəlxalq səviyyədə avarçəkmə yarışlarının keçirildiyini xatırladan Gənclər və İdman İdarəsinin rəisi deyib: “Hazırda Mingəçevir birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına ciddi hazırlaşır. Bu məqsədlə şəhərdə geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülür, səliqə-sahman yaradılır. İyunun 14-dən 16-dək “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak və kanoe növləri üzrə keçiriləcək yarışlarda 350-dən çox idmançı iştirak edəcək. Yarış iştirakçıları, yerli və xarici qonaqlar Mingəçevirdəki otellərdə, eləcə də yeni salınan şəhərcikdə yerləşdiriləcəklər. Yarışlar zamanı idmançıların istirahəti və məşq etmələri üçün də lazımi şərait yaradılır”.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan yenidənqurma işləri Prezident İlham Əliyevin də daim nəzarətindədir. Bu il fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində görülən işlərlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, hazırda mərkəzdə yenidənqurma tədbirlərinin son mərhələsi həyata keçirilir və işlər mərkəzin otel hissəsini də əhatə edir.

Mərkəzdə görülən işlər Avropa Olimpiya Komitəsinin (EOC) də diqqətindədir. Belə ki, EOC-un oyunlar üzrə baş məsləhətçisi Quido de Bondt və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihan bu yaxınlarda Mingəçevirə səfər edib, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan yenidənqurma işlərini müsbət qiymətləndiriblər.

İcra hakimiyyətinin əsaslı tikinti, təmir və abadlaşdırma şöbəsinin müdiri Arif Musayev isə şəhərdə sosial infrastrukturun müasirləşdirilməsi sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, hazırda Mingəçevir şəhərində elektrik, telekommunikasiya, içməli su, yaşıllaşdırma, ictimai nəqliyyat, tikinti sahələrinə cavabdeh olan idarə və təşkilatların kollektivləri Mingəçevirin birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi üçün səylə çalışırlar: “Yarışlar zamanı Mingəçevirin elektrik enerjisi ilə yüksək səviyyədə təminatı da diqqətdən kənarda qalmayıb. Belə ki, şəhərin Heydər Əliyev prospektində, İslamzadə, Maqomayev və digər küçələrində hava xətləri yeraltı kabellərlə əvəzlənib, digər küçələrdə köhnə naqillər, elektrik dirəkləri dəyişdirilib, 37 transformator yarımstansiyası təmir olunub. Hazırda elektrik yarımstansiyasından “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə yeni elektrik xətti çəkilir, mövcud xətdə isə təmir işləri aparılır”.

A.Musayev qeyd edib ki, müvafiq tədbirlər planına əsasən Mingəçevir Telekommunikasiya Qovşağı da Avropa Oyunlarına ciddi hazırlaşır. Qurumun bu istiqamətdə üzərinə düşən əsas vəzifə informasiyanın etibarlı ötürülməsini təmin etmək, şəhərdə keyfiyyətli internet şəbəkəsi və yüksək səviyyəli rabitə sistemi yaratmaqdır. Oyunların keçiriləcəyi ərazilərə, eləcə də idmançıların, rəsmi qonaqların yerləşəcəyi obyektlərə əsas və alternativ kabellər çəkilir. Şəhərdə müasir və yüksək səviyyəli bütün texniki imkanlara malik NGN tipli ATS quraşdırılacaq. Bu məqsədlə artıq optik kabellər çəkilib və hazırda əlaqələndirmə işləri aparılır. Keyfiyyətli telefon rabitəsi və sürətli internet xidmətlərinin təşkili ilə bağlı işlərin, yarışlar zamanı bu sahədə problemlərin olmaması üçün lazımi tədbirlərin vaxtından əvvəl başa çatdırılması nəzərdə tutulur.

Avropa Oyunları ərəfəsində Mingəçevir şəhərində ictimai nəqliyyat sistemi də yenilənir. Hazırda “QAZel” markalı köhnə mikroavtobuslar iritutumlu İSUZU və OTOYOL markalı avtobuslarla əvəz edilir. Bu günədək 30 ədəd ictimai nəqliyyat vasitəsi müasir tipli avtobuslarla dəyişdirilib. Şəhərdə ictimai nəqliyyat xidmətlərinin müasir tələblərə uyğun qurulması üçün bu sahədə görülən işlər davam etdirilir.

Avropa Oyunlarının hazırlıq çərçivəsində Mingəçevirdə görülən işlər bununla da bitmir. Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması da diqqətdə saxlanılır. Bu günədək şəhərdə 41 kilometr yeni su kəməri, 30 kilometr kanalizasiya xətti çəkilib, 3 kanalizasiya nasos stansiyası tikilib. Əsas küçə və prospektlərdə yeni su-kanalizasiya xətlərinin çəkilişi qısa müddətdə yekunlaşıb. Şəhərdə müasir texnologiyalara əsaslanan və sutkada 50 min kubmetr su təmizləmək gücünə malik qurğunun inşasının birinci mərhələsi isə may ayınadək başa çatdırılacaq.

Şəhərdə tikinti-quruculuq işləri ilə yanaşı, abadlıq işlərinə də böyük önəm verildiyini, yeni yaşıllıqların salındığını, parklarda təmir-bərpa və yenidənqurma işlərinin görüldüyünü diqqətə çatdıran A.Musayev deyib: “Bu günlərdə Mingəçevir Mərkəzi şəhər xəstəxanasının binası da əsaslı şəkildə təmir edilərək əhalinin istifadəsinə verilib. Heydər Əliyev meydanında və parkında aparılan əsaslı yenidənqurma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Sahil parkında tikintisi davam etdirilən kanat yolu isə Kür çayının sağ və sol sahillərini birləşdirəcək. Bu ikixətli kanat yolu gələn qonaqlar üçün cəlbedici olmaqla yanaşı, həm də hərəkət rahatlığı yaradacaq. 212 metrlik kanat yolunda iki kabinə mövcud olacaq”.

Avropa Oyunlarının yay mövsümündə keçiriləcəyi nəzərə alınaraq, Mingəçevir su anbarının kənarındakı çimərlikdə turistlərin istirahəti üçün də yüksək səviyyədə şərait yaradılır. Bu çimərliyə ildə 10 minlərlə insan gəlir. Burada yaradılan yeni şərait turistlərin şəhərə cəlb edilməsi üçün xüsusi önəm daşıyır. Şəhərdəki yaşayış binalarının, xidmət obyektlərinin fasadlarına müasir işıqlandırma sistemi quraşdırılır ki, bu da gecələr Mingəçeviri füsunkar gözəlliyə qərq edir. Hazırda Mingəçevirdə Avropa standartlarına cavab verən 5 otel fəaliyyət göstərir və yaxın gələcəkdə bir neçə yeni otelin istifadəyə verilməsi də nəzərdə tutulur. Avropa Oyunlarını izləmək üçün Mingəçevirə gələcək yerli və xarici turistlər Kür çayının sahilində, eləcə də şəhərin müxtəlif səfalı məkanlarında restoran və yeməkxanalar şəbəkəsinin xidmətlərindən də istifadə edə biləcəklər. Yarışlar zamanı Mingəçevirə gələcək yerli və xarici qonaqların nağdsız ödənişlər etməsi üçün şəhərdəki xidmət və ticarət obyektlərində, ümumilikdə, 2050 ədəd pos-terminal quraşdırılıb və hazırda onların hamısı fəaliyyət göstərir.

Şəhərdə görülən işlər əminliklə deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb