REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək
Bakı, 12 yanvar, AZƏRTAC
2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 9 fevral tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaq.
Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə biləcəklər.
İlk “Açıq qapı” günü 2021-ci ilin 14 yanvar tarixində keçiriləcək.
Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.