MİNGƏÇEVİRDƏ 18 MİN AĞAC ƏKİLMİŞDİR
Mingəçevir, 2 yanvar (AZƏRTAC). Mingəçevir şəhərində ağac əkini kampaniyası davam etdirilir.
Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti yaşıllaşdırma tədbirində müxtəlif idarə və təşkilatların kollektivləri ilə yanaşı, 300-ə yaxın vətəndaş da iştirak etmişdir. Aksiya zamanı 3 min şam, çinar, qovaq və küknar ağacı əkilmişdir. Payız mövsümü başlanandan bu günədək Mingəçevirdə, eləcə də “Günəşli” yaşayış massivində, “Tərəvəzçilik” sovxozu adlanan ərazidə, “Energetiklər” qəsəbəsində ümumilikdə 18 min ağac əkilmişdir.
Ağac tingləri əsasən istifadəsiz qalmış boş torpaq sahələrində, küçələrin kənarında, park və bağlarda əkilmişdir. Yaşıllaşdırma tədbirləri davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]