MİNGƏÇEVİRİN ŞƏHƏRSALMA PROBLEMLƏRİ ÖYRƏNİLİR
Azərbaycan Memarlar İttifaqı şəhər icra hakimiyyəti ilə birlikdə “Mingəçevirdə şəhərsalma və memarlığın keçmişi, bu günü, gələcəyi” mövzusunda elmi konfrans keçirmişdir. Şəhərin özünəməxsus memarlığı, ərazinin relyefinə uyğun inkişaf perspektivləri barədə məruzələr dinlənilmişdir.
Konfransda Azərbaycan Memarlar İttifaqının rəhbərləri, tanınmış sənət adamları və bir sıra rayonların tikinti sahəsi üzrə mütəxəssisləri iştirak etmişlər. Qonaqlar son vaxtlar şəhərdə ucaldılmış “Ana dili”, “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidələrinə baxmış, şəhərlə tanış olmuşlar. Konfrans iştirakçılarına yenicə çapdan çıxmış “Gözəlləşən Mingəçevir” foto-albomu hədiyyə edilmişdir.
Mingəçevirdə Azərbaycan Memarlar İttifaqının regional idarəsi yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [22:00]
“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib
- 06.11.2026 [21:30]
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub
- 06.11.2026 [21:14]
Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
- 06.11.2026 [20:44]
“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ
- 06.11.2026 [20:27]
Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər
- 06.11.2026 [19:47]
Cahangirbəylinin həyat ağacı - FOTOLAR
- 06.11.2026 [19:45]
MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub
- 06.11.2026 [19:43]