SİYASƏT
Minskdə Ekoloji Mədəniyyəti və Ətraf Mühitin Mühafizəsi İlinin əsas tədbirlər Planı layihəsini müzakirə edəcəklər
Minsk, 23 iyul (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 24-25-də təşkilatın Belarus paytaxtındakı baş qərargahında Ekoloji Mədəniyyəti və Ətraf Mühitin Mühafizəsi İlinin əsas tədbirlər Planı layihəsinin razılaşdırılması və başa çatdırılması üzrə ekspertlərin iclası keçiriləcəkdir.
Plana Neva Beynəlxalq Ekoloji Konqresi, Sankt-Peterburqda keçiriləcək Beynəlxalq Sənaye Təhlükəsizliyi Forumu, “Yeniyetmələr üçün yaşıl festival”, Bakıda keçiriləcək “Bir-birimizdən öyrənirik” Gənclərin Ekoloji Forumu, “Parnik qazları tullantılarının regional və milli ticarət sisteminin inkişafı sahəsində təcrübə və perspektivlər” mövzusunda konfrans, Minskdə keçiriləcək “Yaşıl” prinsiplərin dövlətlərin iqtisadiyyatına inteqrasiyası” mövzusunda elmi-praktik konfrans, gənclər arasında ətraf mühit problemlərinə dair ən yaxşı videoiş festival, Astanada keçiriləcək “Ətraf mühitin mühəndis mühafizəsi” mövzusunda konfrans, habelə digər tədbirlərin daxil edilməsi təklif olunur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk