Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MİQRASİYA PROSESLƏRİNİN İDARƏ OLUNMASINDA “BİR PƏNCƏRƏ” PRİNSİPİNİN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ “AZƏRBAYCAN RESPUBLİKASINDA DAİMİ YAŞAYAN ƏCNƏBİNİN VƏ YA VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSİN QEYDİYYAT VƏSİQƏSİNİN FORMASININ TƏSDİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :
 
I.        “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 70; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152, № 10,      maddə 874; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219, № 4, maddə 319, № 11, maddə 933, № 12, maddələr 1006, 1017, 1029; 2007-ci il, № 7, maddə 712, № 8, maddə 753, № 11, maddə 1053; 2008-ci il, № 3, maddə 158, № 8, maddə 701, № 10, maddə 886) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 12-ci maddə üzrə:
1.1. birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər şəxsi pasportları (digər sərhədkeçmə sənədləri) və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər.”;
1.2. altıncı hissədə “Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin” sözləri “Əcnəbilərin” sözü ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin, yeddinci-doqquzuncu hissələr müvafiq olaraq səkkizinci-onuncu hissələr hesab edilsin:
“Viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi şəxsi pasportunu (digər sərhədkeçmə sənədini) və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər.”;
2. 13-cü maddə üzrə:
2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Giriş və tranzit vizaları”;
2.2. ikinci, dördüncü və beşinci hissələr çıxarılsın.
 
II.       Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il,   № 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 71; 2001-ci il, № 11, maddələr 669, 674; 2002-ci il, № 7, maddə 395; 2004-cü il, № 4, maddə 199; 2006-cı il, № 2, maddə 64, № 11, maddə 933, № 12, maddələr 1006, 1033;     2007-ci il, № 1, maddə 4, № 4, maddə 319; 2008-ci il, № 8, maddə 698, № 10, maddə 886; Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 770-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 19-cu bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər şəxsi pasportları (digər sərhədkeçmə sənədləri) və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər.”;
2. 20-ci bəndin ikinci cümləsi çıxarılsın;
3. 21-ci bənddə “giriş, qayıdış, tranzit və çıxış” sözləri “giriş və tranzit” sözləri ilə əvəz edilsin;
4. 24-cü və 26-cı bəndlər çıxarılsın;
5. aşağıdakı məzmunda 28-1-ci bənd əlavə edilsin:
“28-1. Viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs şəxsiyyətini təsdiq edən sənədi və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər.”;
6. 29-cu bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Viza əsasında gələn əcnəbilər vizada göstərilən ölkədə qalma müddəti, viza tələb olunmayan qaydada gələnlər isə 90 gün bitdikdə, onların ölkədə müvəqqəti olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə və ya onlardan belə icazənin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.”.
 
III.      “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 88; 2001-ci il, № 11, maddələr 669, 676; 2002-ci il, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006-cı il, № 6, maddə 478; 2007-ci il, № 8, maddə 756, № 12, maddə 1197; 2008-ci il, № 7, maddə 602, № 8, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin birinci hissəsi üzrə:
1.1. 3-cü bənddə “daimi” sözü “müvəqqəti və ya daimi” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:
“4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.”;
2. 6-cı maddənin üçüncü hissəsi üzrə:
2.1. 2-ci bənddən “, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda göstərilmiş müddətə” sözləri çıxarılsın;
2.2. 3-cü bənd çıxarılsın;
3. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 7. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması
Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilərkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində öz əksini tapır. ”;
4. 8-ci maddədə və 9-cu maddənin birinci hissəsinin birinci abzasında “Müvafiq dövlət orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilsin;
5. 9-cu maddənin birinci hissəsinin 1-ci və 2-ci bəndlərində “müvafiq dövlət orqanının” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri ilə əvəz edilsin;
6. 13-cü maddədə “səlahiyyətli dövlət orqanına və ya” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.
 
IV.      Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,   1998-ci il, № 3, maddə 136; 2001-ci il, № 11, maddə 669; 2002-ci il, № 6, maddə 328; 2006-cı il, № 2, maddə 64, № 11, maddə 1053; 2008-ci il, № 8, maddə 701, № 10, maddə 886; Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 770-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xüsusi sənədlər verilir.”;
2. 2-ci bənd üzrə:
2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Xüsusi sənədlərin aşağıdakı növləri vardır:”;
2.2. aşağıdakı məzmunda “d” yarımbəndi əlavə edilsin:
“d) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.”;
2.3. aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“Bu bəndin “d” yarımbəndində göstərilən sənədin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
3. 34-cü bənd üzrə:
3.1. “b” yarımbəndindən “, Azərbaycan Respublikasında onun müvəqqəti olma müddətinin uzadılması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda isə - qərarda göstərilmiş müddətə” sözləri çıxarılsın;
3.2. “c” yarımbəndi çıxarılsın.
 
V.      “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 156; 2001-ci il, № 11, maddələr 676, 695; 2004-cü il, № 2, maddə 57, № 7, maddə 505; 2007-ci il, № 11, maddə 1053; 2008-ci il, № 8, maddə 701; 2009-cu il, № 3, maddə 160) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. 4-cü maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin:
“9) dövlət rüsumunun ödənilməsi barədə qəbz.”;
2. 5-ci maddənin birinci hissəsində “altı” sözü “iki” sözü ilə əvəz edilsin;
3. 10-cu maddənin beşinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. İmmiqrant statusu almış şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilir. Vəsiqənin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”;
4. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 12. İmmiqrant statusu almış şəxslərin yaşayış yeri üzrə qeydiyyatı
İmmiqrant statusu almış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar.
İmmiqrant statusu almış şəxs yaşayış yerini dəyişdikdə 10 gündən gec olmayaraq yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.”.
 
VI.      “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 3; 2007-ci il, № 10, maddə 938; 2008-ci il, № 10, maddə 886) 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. ikinci hissədə “, müvafiq icra hakimiyyəti orqanının fərdi icazə əsasında verdiyi Azərbaycan Respublikasında əmək fəaliyyətini həyata keçirməyə hüquq verən viza ilə” sözləri “qanunla müəyyən olunmuş qaydada” sözləri ilə əvəz edilsin;
2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Əməkçi miqranta fərdi icazənin qüvvədə olduğu müddətə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilir.”.
 
VII.     Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 14; 2001-ci il, № 11, maddə 669; 2002-ci il, № 5, maddə 237; 2006-cı il, № 6, maddə 478; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1075; 2008-ci il, № 8, maddə 701, № 10, maddə 886; Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 770-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 1-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri üzrə qeydiyyata alınma haqqında məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürür.”;
2. 20-ci bəndin beşinci abzası çıxarılsın;
3. 23-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“23-1. Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilərkən, habelə əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar.
Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı əcnəbidən və ya vətəndaşlığı olmayan şəxsdən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi, habelə müvəqqəti olma müddətinin uzadılması üçün qanunvericiliklə müəyyən olunmuş sənədlərdən əlavə aşağıdakıları tələb etməlidir:
 
a) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
b) əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi.
Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda öz əksini tapır.”;
4. aşağıdakı məzmunda 23-2-ci bənd əlavə edilsin:
“23-2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə ölkədə müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış yerini dəyişdikdə 10 gündən gec olmayaraq yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi yaşayış yeri üzrə qeydiyyata almaq üçün ondan bu Əsasnamənin 23-1-ci bəndinin “a” və “b” yarımbəndlərində göstərilənlərdən əlavə aşağıdakı sənədləri tələb etməlidir:
- ərizə;
- şəxsiyyətini təsdiq edən sənədin surəti;
- ölkə ərazisində qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədin surəti.”;
5. 26-cı bənddə “səlahiyyətli dövlət orqanına və ya” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.
 
VIII.    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463,     № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12,     I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61,    № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576,     № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68; № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478; № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579; № 8, maddə 757; № 10, maddələr 935, 936, 938, 940; № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; № 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 158, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, № 10, maddələr 884, 885; № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, maddələr 36, 45, 49, 52, 53) 331-ci maddəsinin adında və mətnində “və ya Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin” sözləri “, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin” sözləri ilə əvəz edilsin.
 
IX       “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12,     maddə 740; 2002-ci il, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005-ci il, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006-cı il, № 3, maddələr 223, 225, № 6, maddə 481; № 12, maddələr 1015, 1029; 2007-ci il, № 2, maddə 80, № 12, maddə 1203; 2008-ci il, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602; 2009-cu il, № 1, maddə 5, № 3, maddə 160) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 14-cü maddənin adında “verilərkən, Azərbaycan Respublikası vətəndaşlığına qəbulu və ya vətəndaşlığından çıxması” sözləri “, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və ya vətəndaşlıqdan çıxmaq” sözləri ilə əvəz edilsin;
2. 14.7-ci maddədə “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin verilməsinə və müddətinin uzadılmasına, xarici pasportların və onu əvəz edən sənədlərin” sözləri “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xarici pasportlarının və ya onu əvəz edən sənədlərin” sözləri ilə əvəz edilsin;
3. 14.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
 

“14.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə:
 
14.8.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
 
14.8.1.1.       3 ayadək
                       30 manat
14.8.1.2.       6 ayadək
                       60 manat
14.8.1.3.       1 ilədək
                       120 manat
14.8.1.4. tələbələr üçün illik
                       40 manat
14.8.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
                              300 manat”;

 
4. 14.9-cu maddədə “icazələrin yenidən verilməsinə” sözləri “icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə” sözləri ilə, “3 manat” sözləri “10 manat” sözləri ilə əvəz edilsin;
5. 14.10-cu maddə çıxarılsın;
6. 14.12-ci maddədə “əcnəbinin” sözündən sonra “və ya vətəndaşlığı olmayan şəxsin” sözləri əlavə edilsin;
7. aşağıdakı məzmunda 14.15-ci maddə əlavə edilsin:
 

“14.15. ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:
 
14.15.1. 1 ayadək
                         30 manat
14.15.2. 1 aydan 2 ayadək
                         60 manat
14.15.3. 2 aydan 3 ayadək
                         90 manat”;

 
8. 16.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
 

“16.1.7. Qanunla müəyyən edilmiş hallarda 1 il müddətinə çoxdəfəlik giriş-çıxış üçün giriş vizalarının rəsmiləşdirilməsi üçün                      
 
250 ABŞ dolları”.

 
X. “Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 232; 2008-ci il, № 8, maddə 701) qüvvədən düşmüş hesab edilsin.
 
XI. Bu Qanun 2009-cu il iyulun 1-dən qüvvəyə minir.
 
  İlham Əliyev
  Azərbaycan Respublikasının Prezidenti

   Bakı şəhəri, 30 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin