Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Zati-aliləri,

Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, tükənməz quruculuq enerjisi, Azərbaycan xalqının rifahı və ölkənin sabitliyi naminə çoxşaxəli və səmərəli fəaliyyətinizdə daha böyük nailiyyətlər arzu edim. Sizi əmin edirik ki, “Mir” Dövlətlərarası Teleradio Şirkəti respublikanın həyatını və burada baş verən hadisələri bundan sonra da obyektiv və geniş işıqlandıracaq.

Sizə xoşbəxtlik, Azərbaycan xalqına əmin-amanlıq arzu edirik.

Hörmətlə,

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin