İQTİSADİYYAT
Mişarçay üzərində uçmuş körpünün yaxınlığında alternativ yolların salınmasına başlanılmışdır
Bakı, 6 mart (AZƏRTAC). Ələt-Astara yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki uçmuş körpünün yaxınlığında alternativ yol salınmışdır.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, martın 5-dən isə çayın digər tərəfində ikinci alternativ yolun salınmasına başlanılmışdır. Ərazidə işlər 24 saat ərzində fasiləsiz aparılmaqdadır. Martın 6-da ikinci alternativ yol da sürücülərin istifadəsinə veriləcəkdir. İki alternativ yoldan bir hərəkət istiqaməti üzrə istifadə olunacaq ki, bu da yolda nəqliyyatın rahat hərəkətini təmin edəcəkdir.
Qəzaya uğramış körpünün əsaslı təmiri isə davam etdirilir və yaxın 15-20 gün ərzində yol ötürücüsü sürücülərin istifadəsinə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]