MİSİR ARXEOLOQLARININ TAPINTISI
İTAR-TASS-ın verdiyi xəbərə görə, bir qrup alman və Misir arxeoloqu Misirin Şərqiyyə əyalətində, Qahirədən təxminən 100 kilometr aralıqda yerləşən Təl-Bəstə deyilən yerdə firon II Ramzesin arvadlarından birinin nəhəng heykəlini tapmışlar.
Bu heykəl Misirin şimalında tapılmış heykəllərdən ən irisidir. Onun çəkisi 100 ton, hündürlüyü 11 metr, eni isə 3 metrdir. Tapıntı ayaqüstə duran və sol əlində şanagüllə çiçəyi tutmuş qadının təsvirindən ibarətdir. Heykəlin “kürəyində” iki sıra heroqlif aşkar olunmuşdur. Qırmızı qranitdən olan bu əsər bərpa ediləcək, sonra isə yenidən Təl-Bəstədə qoyulacaqdır. Bu barədə Misirin qədim abidələr üzrə ali şurasının başçısı Zahi Həvvas xəbər vermişdir.
Arxeoloqlar güman edirlər ki, tapıntı II Ramzesin arvadlarından birinin - Merit Əmenin və yaxud da Nefertarenin təsviridir. Lakin hələlik qəti nəticəyə gəlmək tezdir - heykəl hələ torpaq altından bütünlüklə çıxarılmamış, onun “kürəyində” olan yazılar isə tamamilə oxunmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [19:33]
Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb
- 10.11.2026 [18:42]
Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir
- 10.11.2026 [17:51]
Pentaqon rəhbəri ona qarşı impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandırıb
- 10.11.2026 [17:47]
Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
- 10.11.2026 [17:35]
Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
- 09.11.2026 [22:50]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:18]