Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

8 Noyabr - Zəfər Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın hökumətinə və xalqına Allah-Taaladan daha böyük tərəqqi və rifah diləyirik.

Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün maksimum səylərini əsirgəmir.

Zati-alinizin Sərəncamına əsasən, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Bu münasibətlə Cəmiyyətimiz tərəfindən silsilə tədbirlər təşkil olunub və olunmaqdadır.

Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!

Ən səmimi arzularımızı qəbul etməyinizi xahiş edirik.

Dərin hörmətlə,

 

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:

Əli Cümə

Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər

komitəsinin sədri, professor,

Usamə əl-Əbd

Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini,

professor,

Əl-Seyyid Mahmud əl-Şərif

Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin

sabiq birinci müavini,

Yusif əl-Şərqavi

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı

sabiq səfiri,

Adil Dərviş

Misir Helvan Universitetinin professoru, Misir Mədəniyyət

Mərkəzinin Azərbaycan Respublikasındakı keçmiş direktoru,

Bağdadi İmam

Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin Baş direktoru,

Tövhid Məhəmməd

müşavir, vəkil, Misir əl-Xeyir Fondunun hüquqi işlər üzrə direktoru,

Midhət Camal

general, Misir əl-Xeyir Fondunda “İbn əs-Səbil” layihəsinin rəhbəri,

Sabir Həsən

Ali Mədəniyyət Şurasının üzvü,

Mona Zidan

Helvan Universitetinin professoru,

Əhməd Əbdu Tarabek

Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist,

Mustafa Hicazi

“Orange” şirkətinin Baş direktoru,

Seymur Nəsirov

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki Azərbaycan diasporunun sədri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin