Misir Qətərdən maye qaz alacaq
Qahirə, 4 yanvar, AZƏRTAC
Misirlə Qətər arasında strateji tərəfdaşlıq çərçivəsində enerji və təbii qaz sektorlarında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, Qətərin paytaxtı Dohada imzalanan sənəd maye təbii qazın (LNG) satışı və idxalı, eləcə də digər enerji sektorları sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Misirin Neft Nazirliyi sənədi təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və qaz daşınmalarının təminində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım hesab edib.
Nazirlik bildirib ki, Qatar Energy şirkətinin Misirdəki fəaliyyəti əsasən Aralıq dənizi bölgəsində cəmləşib və hazırda altı dəniz blokunda fəaliyyət göstərir. Şirkət elan edib ki, növbəti beş il ərzində yeni investisiyalar yatırmaq, eləcə də böyük beynəlxalq enerji şirkəti ilə əməkdaşlıqla kəşfiyyat quyuları qazmaq niyyətindədir.
Bundan əlavə, tərəflər arasında Suxnə və Dimyat limanlarına çatdırılacaq Qətər maye təbii qazının daşınmasını təmin etmək üçün icra mexanizmləri müəyyənləşdirilib.
Razılaşmaya əsasən, bu ilin yayı ərzində Misirə 24 maye təbii qaz yükünün çatdırılması planlaşdırılır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [19:33]
Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb
- 10.11.2026 [18:42]
Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir
- 10.11.2026 [17:51]
Pentaqon rəhbəri ona qarşı impiçment təşəbbüsünü “siyasi tamaşa” adlandırıb
- 10.11.2026 [17:47]
Böyük Britaniyada daha 650 məhbus vaxtından əvvəl azadlığa buraxılır
- 10.11.2026 [17:35]
Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
- 09.11.2026 [22:50]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:18]