Misirdə 54 terrorçu yaxalanıb
Qahirə, 29 yanvar, AZƏRTAC
Misirin hüquq-mühafizə orqanları ölkədə fəaliyyəti qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının üzvü olan 54 terrorçunun yaxalandığını elan edib. AZƏRTAC xəbər verir ki, terrorçular ölkədə sabitliyi pozmaq məqsədi ilə diversiyalar və zorakılıq aktları hazırlamaqda ittiham olunurlar.
Misir Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, tutulanlar bu ilin yanvar-fevral aylarında, 2011-ci il 25 yanvar tarixli kütləvi xalq etirazlarının başlanmasının ildönümünün bayram edildiyi dövrdə müxtəlif diversiyalar təşkil etməyi, yolları bağlamağı və vətəndaşları qorxutmağı planlaşdırırmışlar. Ekstremistlər saxlanılan zaman onlardan təxribat və digər hüquqazidd əməllər törətmək üçün nəzərdə tutulan nağd pullar və materiallar müsadirə edilib.
Sənəddə vurğulanır ki, bu hərəkətlərin planlaşdırılması və maliyyələşdirilməsi “Müsəlman qardaşlar”ın xaricdə gizlənən üzvləri tərəfindən həyata keçirilib. Hazırda təşkilatın digər üzvlərinin şəxsiyyətləri müəyyən olunur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]