MİSİRDƏ 60 YENİ SƏRDABƏ AŞKAR EDİLMİŞDİR
Bakı, 24 may (AZƏRTAC). Misirdən 100 kilometr cənubda Fəyum vahəsi rayonunda arxeoloqlar 60 yeni sərdabə aşkar etmişlər. Onların əksəriyyətində mumiyalanmış ağacdan hazırlanmış naxışlı sarkofaqlar vardır. Bu kəşf qədim misirlilərin etiqadına yeni işıq sala bilər.
Misirin qədim abidələr üzrə Ali Şurasının rəhbəri Zahi Həvasın sözlərinə görə, ən qədim mumiyalanmış sarkofaq təxminən eramızdan əvvəl 2750-ci ilə aid edilir. Daha 12 sərdabə eramızdan əvvəl ikinci minillikdə Misirdə hökmranlıq etmiş 18-ci sülaləyə məxsusdur. Firon Tutanxamon həmin sülalənin sonuncu nümayəndəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]