Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Misirdə azərbaycanlı alimin qiymətli tədqiqat əsəri çapdan çıxıb

Qahirə, 4 oktyabr, AZƏRTAC

Uzun illərdir ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparan Qahirə Universitetin doktoru və Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun "Ərəb elminin inkişafında azərbaycanlı alimlərin səyləri" adlı kitabı ərəb ölkələrində ən məşhur nəşriyyatlardan olan "Dar Alsalam" Kitab Evi tərəfindən çap olunub.

AZƏRTAC xəbər verir ki, ərəb ölkələrinin elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan bu qiymətli tədqiqat əsəri ərəb dünyası ilə bağlı olan Azərbaycan tarixinin uzun bir dövrü haqqında Qahirə və İslam mədəniyyətinin mərkəzi hesab olunan digər şəhərlərin kitabxanalarında, o cümlədən Əl-Əzhər Universitetində İslam dininin tədrisi üzrə ixtisaslaşmış elm mərkəzlərinin arxivlərində ölkəmizə aid çoxsaylı mənbələrin tədqiqinin məhsuludur. Bu məxəzlərin yenidən tədqiqi Azərbaycan tarixinə və ədəbiyyatına bəlli olmayan adları və faktları ortaya çıxara və yaradıcılığı haqqında səthi məlumatlar olan Azərbaycan alimlərinin yeni əsərləri və ya onlara istinadları aşkarlaya bilər.

Müəllif Əl-Əzhər Universitetində təhsil aldığı müddətdə ərəb mənbələrində Azərbaycana aid olan yeni tarixi həqiqətlərin üzə çıxarılması və bununla da tariximizin bəzi naməlum səhifələrinin yenidən öyrənilməsi işinə töhfə vermək arzusu ilə bu sahədə araşdırmalara başlayıb. O, iyirmi ildən artıq davam edən bu fəaliyyəti çərçivəsində minlərlə müxtəlif mənbələrə müraciət edərək hər bir azərbaycanlıya fəxarət hissi verəcək şanlı tariximiz və görkəmli şəxsiyyətlərimiz barəsində yeni faktları üzə çıxarmağa müvəffəq olub.

Kitabda orta əsərlərin ərəb alimləri və mütəfəkkirlərinin sitatları yer alıb. Belə ki, XIII əsr ərəb alimi İmam Cəzəri Azərbaycanın Mərənd şəhərindən bəhs edərkən yazırdı: “Azərbaycan elmin hər bir sahəsində dahi alimlər yetişdirib”. Digər orta əsr ərəb mütəfəkkiri İmam Səməani isə “Əl-Ənsab” əsərində qeyd edib: “Azərbaycan qədimdən ta bu günə qədər alimlərin yetişdiyi bir diyardır”.

Müəllif diqqətə çatdırıb ki, XI əsr ərəb alimi Əbu Tahir Əs-Siləfi isə Azərbaycan ilə Əndəlüs (İspaniya) arasında müqayisə apararaq, Şərqdə Azərbaycanın, Qərbdə isə Əndəlüsün elm və ədəbiyyatda xüsusi rolunu qeyd edib. Bundan başqa, mötəbər alim İbn Aşur “Təhrir və Tənvir” kitabında müqəddəs Qurani-Kərimin “Ğaşiyə” surəsinin 16-cı ayəsində cənnət təsvirindən bəhs olunarkən Azərbaycan adlı xalçaya eyham edildiyini bildirir. O, ayəni şərh edərkən yazır ki, burada işlənən “zərabiy” “zərbiyə” kəlməsinin cəmi olaraq, boyanmış, yumşaq yundan toxunmuş kilim və ya xalça nəzərdə tutulur. Xalçanı varlı və maddi imkanı yüksək olan insanların bəzək və üzərində oturmaq üçün yerə sərdiklərini yazan İbn Aşur “Zərbiyə” kəlməsinin ərəb dilinə xas inversiya olunmuş formada Azərbaycana işarə edildiyi qənaətindədir.

Tədqiqat əsərində qeyd olunub ki, Azərbaycanın qədim xalçaçılıq sənətinin dünyada şöhrət qazandığını və bu ənənələrin günümüzə qədər gəlib çıxdığını nəzərə alsaq, burada güclü əsasın olduğunu görərik. Daha sonra müəllif Qurani-Kərimin “əl-Kəhv” surəsinin 86-cı ayəsini şərh edərkən buyurur: “Bu ayədəki “Əynin Həmiətin” sözlərinin mənası qara palçığa qarışmış çeşmədir. Görünür ki, bu quyular Xəzər dənizi sahilində, Bakı şəhərindəki və hal-hazırda da orada mövcud olan neft quyularıdır. Təbii ki, müqəddəs Quranda bu cür pozitiv anlamda Azərbaycana istinad hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.

Kitabda diqqətə çatdırılıb ki, XV əsrdə Misirin baş həkimi əslən Azərbaycandan olan həkim Fəthullah İbn Nəfis olub. Azərbaycanlı hüquqşünas-alim Əfdələddin Əl-Xunci XIV əsrdə Misirin Qazilər qazisi, yəni baş hakimi vəzifəsini tutub.

XIV əsrdə Qahirədə yazıb-yaratmış azərbaycanlı ərəbşünas dilçi alim Cəmaləddin İbn Həcibin ərəb dilinin qrammatikasına həsr olunmuş kitabı bu günə qədər Misirin ali təhsil müəssisələrində tədris vəsaiti kimi istifadə olunur.

Müəllif vurğulayıb ki, Azərbaycan tarixşünaslığında rast gəlinməyən digər maraqlı məqam ərəb tarixi mənbələrində “Səlib yürüşləri”nin qarşısının alınmasında, İslamın xilas edilməsində və müsəlmanların torpaqlarının işğaldan azad edilməsində əvəzsiz xidmətləri olan sərkərdə Sultan Səlahəddin Əyyubinin Azərbaycandan olması barədə söylənilən fikirlərdir. XVI əsrin əvvəllərində yaşamış ərəb alimi İbn Xəllikan “Vəfuyyat əl-Əyan” əsərində yazılır ki, tarixi mənbələrə görə, Sultan Səlahəddin Əyyubi və əyyubilər ailəsi Azərbaycanın şimalında yerləşən gürcülərin ölkəsinə yaxın Duvin şəhərindəndir və tarixçilərin bu barədə yekdil rəyi var. Bundan əlavə, XIII əsrin ikinci yarısında yaşamış tarixşünas alim İbn əl-Əsir (Əl-kamil fi əl-tarix), XIV əsrdə yaşayıb yaratmış İmam Zəhəbi (Siyər- əl-ələm əl- nubələ), XV əsrin əvvəllərində yaşamış Təğribərdi (“Məradd əl-lətafə”) və başqaları da Səlahəddin Əyyubinin Azərbaycandan olduğu qənaətindədirlər.

Kitabda ərəb mənbələrində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı tədqiqatların nəticələri də yer alıb. Qeyd olunub ki, XIII-XIV əsrlərdə yaşamış coğrafiyaşünas alim əl-Qəzvini “Əsar əl-biləd və əxbar əl-ibəd” əsərində Azərbaycanın qədim şəhəri Gəncə haqqında yazarkən dahi Azərbaycan şairi Əbu Məhəmməd Nizamidən - Nizami Gəncəvidən- bəhs edir. Gəncənin coğrafiyası, tarixi və sakinlərinin əsas məşğuliyyətindən bəhs edən alim Əbu Məhəmməd Nizaminin dahi və müdrik şair olduğunu, onun “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Sirlər xəzinəsi” və “Yeddi gözəl” kimi əsərləri yazdığını diqqətə çatdıraraq, şairin hicri tarixi ilə 590-cı ildə vəfat etdiyini bildirir.

Qeyd edək ki, bu, müəllifin ikinci kitabıdır və burada ərəb mənbələrinə istinad edərək iki yüzə yaxın azərbaycanlı ədib və alimdən bəhs olunub.

Misir, Əlcəzair, İordaniya, İraq, Livan, Sudan və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələri azərbaycanlı tədqiqatçı-alimin yeni kitabı haqqında geniş məqalə və xəbərlər dərc ediblər.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var