Misirdə daha bir qatar qəzası baş verib
Qahirə, 15 aprel, AZƏRTAC
On beş gün əvvəl çoxlu sayda insan tələfatı ilə nəticələnmiş qatar qəzasından sonra Misirdə daha bir qəza baş verib.
AZƏRTAC xəbər verir ki, bu ölkənin Şərqiyyə vilayətinin Minya qəsəbəsinin yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 15 nəfər yaralanıb. Misir Səhiyyə Nazirliyinin mətbuata açıqlamasında bildirilib ki, paytaxt Qahirədən Mənsurə şəhərinə gedən qatarın relsdən çıxması nəticəsində yaralanmış sərnişinlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Misirin Dəmir Yolu İdarəsinin rəhbərliyi bəyan edib ki, səhər saatlarında baş vermiş qəzanın nəticələri aradan qaldırılıb və dəmir yolunda hərəkət bərpa olunub.
Prokurorluq tərəfindən insidentlə bağlı təhqiqat başlanılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [17:31]
Qara dənizdə batan gəminin 12 heyət üzvü xilas edilib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]