Misirdə Ərəb-Avropa Sammiti keçiriləcək
Qahirə, 23 fevral, AZƏRTAC
Fevralın 24-də Misirin Şarm əl-Şeyx kurort şəhərində Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun həmsədrliyi ilə Ərəb Dövlətləri Liqasının və Avropa İttifaqının ikigünlük sammitinin açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, Misirdə ilk dəfə keçiriləcək tarixi sammitdə 22 ərəb və 28 Avropa ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.
Tədbirdə aktual məsələlərin geniş spektri, xüsusən siyasi, iqtisadi, sərmayə, sosial sahələrdə, həmçinin ətraf mühitin mühafizəsi və təhlükəsizlik üzrə mövcud olan problemlərin həlli yolları müzakirə olunacaq.
Hər iki tərəfdən olan liderlər ərəb-Avropa əlaqələrinin möhkəmlənməsinə səy göstərəcək, habelə plüralizm, ticarət, qeyri-leqal miqrasiya, terrorçuluqla mübarizə və regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Sammitin məqsədi bir neçə siyasi məsələlərin, o cümlədən Yaxın Şərqdəki proses, Suriya, Yəmən, Liviya və İraqda siyasi böhranların həlli yollarının araşdırılmasıdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:31]
Qara dənizdə batan gəminin 12 heyət üzvü xilas edilib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]