Misirdə Mintimer Şaymiyevin “Ürəkdən ürəyə” kitabı çapdan çıxıb
Qahirə, 4 iyul, AZƏRTAC
Misir-Rusiya Mədəniyyət və Elm Fondu Kazan Universiteti və “Rusiya-İslam dünyası” strateji təhlil qrupu ilə birgə Tatarıstanın birinci Prezidenti, UNESCO-nun mədəniyyətlərarası dialoq üzrə elçisi Mintimer Şaymiyevin “Ürəkdən ürəyə” kitabını ərəb dilində nəşr etdirib.
AZƏRTAC xəbər verir ki, kitabda Mintimer Şaymiyevin dünyanın siyasi liderləri, ictimai-siyasi xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər, onun çıxışları yer alıb.
Misir və digər ərəb ölkələrinin oxucularına Mintimer Şaymiyevin “Tatarıstan modeli” adlanan dövlət quruculuğu və iqtisadi inkişaf konsepsiyası haqqında da geniş məlumat verilir. Kitabda, həmçinin Tatarıstanda İslam abidələrinin bərpası, Beynəlxalq Kral Faysal Mükafatının təqdimatında, məscidlərin açılışı mərasimlərində çıxışları yer alıb.
Misir-Rusiya Mədəniyyət və Elm Fondunun rəhbəri Hüseyn əl-Şəfi kitaba ön sözündə qeyd edib ki, M.Şaymiyev öz ölkəsində müxtəlif dini etiqada malik olan xalqların, etnik qrupların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlətçilik modelini yaradıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]
Kiyev raketlərlə vurulub, ölənlər var
- 07.10.2026 [09:06]
Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır
- 07.10.2026 [07:38]
Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]