MİSİRDƏ OD YAĞIŞI
Polis və təhlükəsizlik orqanları təhqiqat aparır, hakimiyyət orqanları indiyədək bu naməlum möcüzənin səbəbini aydırlaşdırmağa çalışırlar. Artıq bir neçə fərziyyə irəli sürülmüşdür. Fövqəladə qüvvələrə inanmağa meylli zərərçəkənlər isə evlərinə odlu kürənin düşdüyünü bildirirlər.
Lakin alimlərin fikrincə, söhbət meteorit yağışından gedir: Kosmosdan gələn meteorit parçaları atmosferdə alovlanaraq Yerə düşürlər.
Meteorit yağışı nadir astronomik hadisədir. Onun ilin müxtəlif vaxtlarında, müxtəlif dövriliklə müşahidə olunan bir neçə növü məlumdur. Məsələn, astronomların “Leonid” adlandırdıqları “ulduz yağışı” çox gec-gec – hər 33 ildən bir müşahidə olunur. Bu zaman Templa-Tattl kometi Yerin yaxınlığından keçir. “Leonid”lər” həmin kometdən qoparaq, planetimizə bol-bol yağan hissəciklərdir. Həmin meteoritlər adlarını gəldikləri Leo bürcünün yerləşdiyi kosmik fəzanın adından götürmüşlər. Maraqlıdır ki, qədim mənbələrə görə, meteorit selini çinlilər hələ eramızdan əvvəl 1768-ci ildə müşahidə etmişdilər.
Hər 130 ildən bir Yer kürəsi Svift-Tattl kometinin toz quyruğundan keçir və bu zaman yüksək fəallığa çatan Perseid meteorit seli üzərimizə minlərlə “quyruqlu” meteorit atır.
Ümumiyyətlə isə, “axan ulduzlar”ı hər il yay fəslinin ikinci yarısında müşahidə etmək olar. Onların insanlar üçün təhlükəli olmadığı və planetimizə nadir hallarda gəlib çatdıqları güman edilirdi. Düzdür, 50 il bundan əvvəl Böyük Britaniyada meteorit parçası inəyi öldürmüşdü.