ELM VƏ TƏHSİL
Misirin nüfuzlu "Əl-Cümhuriyyə" qəzetində azərbaycanlı alimin kitabının təqdimatı olub
Qahirə, 25 sentyabr (AZƏRTAC). Misirin gündəlik beş yüz min tirajla çap olunan nüfuzlu "Əl-Cümhuriyyə" qəzetində Misirdə Açıq Amerika Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsinin doktorantı Seymur Nəsirovun müəllifi olduğu “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları” adlı kitabının təqdimatı keçirilib.
Kitabda qədim ərəb mənbələrinə istinadla Azərbaycanın tarixi və tarixi şəxsiyyətləri haqqında mühüm məlumatlar öz əksini tapıb. Həmin tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubini (1193-cü il), Misirin hakimi Qazi İbn Əskəri (1366-cı il) və baş həkim İbn Nəfisi (1413-cü il) qeyd etmək olar.
Təqdimatı keçirilən kitab Azərbaycan Respublikasının Misirdəki səfirliyi tərəfindən böyük tirajla çap etdirilib və bu ölkədə geniş yayılıb.
Asya Hacızadə
AZƏRTAC-in xüsusi müxbiri
Qahirə