CƏMİYYƏT
Mixail Zabelin: Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkədə həyatın bütün sahələrində müsbət dəyişikliklərə gətirib çıxarır
Bakı, 19 fevral, AZƏRTAC
İki illik hesabat dövründə Rus İcması öz fəaliyyətini iqtisadi, sosial və siyasi sabitlik şəraitində həyata keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bu fikri İcmanın Respublika Şurasının iclasında səsləndirib.
İcmanın sədri vurğulayıb ki, Azərbaycan Rus İcması Azərbaycan dövlətinin informasiya siyasətinə öz töhfəsini verməyə, ölkə haqqında, ölkədə hökm sürən multikulturalizm və tolerantlıq ab-havası haqqında həqiqəti dünyaya çatdırmağa çalışıb.
M.Zabelin deyib: “Ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasi kursu əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar həyatın bütün sahələrində müsbət dəyişikliklərə gətirib çıxarır”.