“MÖCÜZƏLİ İPƏK” SƏRGİ-SATIŞ MƏRASİMİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 24-də “Artsalon” qalereyasında Azərbaycan ipəyinə həsr edilmiş “Möcüzəli ipək” sərgi-satış mərasimi keçiriləcəkdir.
Burada qədim ipək parçalardan tikilmiş paltarlar, ipəyin istifadəsi üzrə yeni ideyalar, geniş çeşiddə ənənəvi və müasir tərzdə hazırlanmış kəlağayılar nümayiş etdiriləcəkdir. Mərasimdə görülmüş işlər üzrə çəkilmiş telefilmin göstərilməsi də nəzərdə tutulmuşdur.