MOLDOVA GUAM-DAN ÇIXMAĞA HAZIRLAŞMIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukraynada çıxan “Stoliçnıye novosti” (“SN”) qəzetində Moldova Prezidenti Vladimir Voroninin eksklüziv müsahibəsi dərc edilmişdir.
“Vladimir Voronin: Ukrayna bizim ən mühüm qonşumuzdur” başlıqlı müsahibədə Moldova dövlətinin başçısı Dnestryanı münaqişənin tənzimlənməsi məsələsinə toxunaraq demişdir: “Dnestryanı problemin həll edilməsi üçün Moldovanı dəstəklədiyinə görə biz Ukrayna rəhbərliyinə və Ukrayna xalqına təşəkkür edirik. Dnestryanı bölgənin bütün perimetri boyunca Moldova sərhədində Avropa nəzarətinin tətbiq edilməsi yalnız Ukraynanın bizə dəstəyi sayəsində mümkün olmuşdur. Prezident Yuşşenko ilə biz Avropa İttifaqına məktubla müraciət edərək, bu Avropa nəzarətinin təsis edilməsinə birgə razılıq vermişik. Ukrayna Dnestryanı problemin tənzimlənməsinə dair danışıqlar masası arxasında fəal iştirakçıdır. O, birinci olaraq konstruktiv mövqe tutmuş və Moldovanı, Moldova dövlətini vahid və bölünməz, bütöv ərazi kimi gördüyünü bəyan etmişdir”.
Moldova Prezidenti “SN”-ə müsahibəsində Dnestryanı məsələ kontekstində Kosovo presedentinə də münasibət bildirmişdir.
V.Voronin vurğulamışdır: “Moldova Respublikası Kosovonun müstəqilliyini tanımamışdır və tanımayacaqdır. Süni yolla yaranan ölkələrin perspektivi yoxdur. Problemlər milli prinsip əsasında deyil, ərazi prinsipi əsasında həll edilməlidir. Çox güman ki, payızda mən Serbiyaya rəsmi səfər edəcəyəm. Biz bu məsələni Prezident Tadiçlə müzakirə edəcəyik. Burada, bizdə isə Dnestryanı məsələnin həlli ssenarisini bütünlüklə Kosovo ssenarisinin əksi olan məntiq əsasında qururuq. Əgər danışıqlar prosesinin bütün iştirakçıları bu problemi həll etsələr, biz sübut edərik ki, ayrı-ayrı dövlətlərin ərazi bütövlüyü ilə bağlı olan ən mürəkkəb “dondurulmuş” münaqişələrin həllinin başqa ssenariləri də vardır”.
Prezident Voronin müsahibəsində GUAM və bu təşkilatın perspektivləri ilə bağlı məsələləri də işıqlandırmışdır.
Məsələn, “SN”-in baş redaktoru Vadim Dolqanovun “Moldova GUAM-dan çıxacaqdırmı?” sualına Voronin belə cavab vermişdir: “Xeyr. Moldovanın hakimiyyət orqanları belə bir qərarı müzakirə etmirlər. Əksinə, biz elə etmək istəyirik ki, GUAM funksional struktura çevrilsin, orada iqtisadi və sosial məsələlər həll edilsin və bu istiqamətdə iş davam etdirilsin”.
Moldova Prezidenti “GUAM-da hansı vacib iqtisadi amil ola bilər?”. Belə cavab vermişdir: “Enerji amili. Azərbaycan neft deməkdirsə sualına, Ukrayna elektrik enerjisi deməkdir”.