Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının Prezidenti Maya Sandudan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Moldova Respublikasının xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə qeyd etmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud xoş münasibətlər qarşılıqlı etimada və hörmətə əsaslanır.

Əminəm ki, müxtəlif sahələrdə Moldova-Azərbaycan dialoqu bundan sonra da dinamik inkişaf edəcək. Xalqlarımızın və dövlətlərimizin rifahı naminə ümumi səylərimizlə bu mühüm hədəfi reallaşdırmağa hazır olduğumuzu bir daha təsdiq etmək istəyirəm.

Zati-aliləri, Sizə olan yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Maya Sandu

Moldova Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin